Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə279/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   275   276   277   278   279   280   281   282   ...   339
 
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ 
Ətraf mühitin digər əlverişsiz amilləri kimi şoranlıq da bitkilərin inkişafı və məhsuldarlığına 
ciddi təsir göstərən amildir. Bunu nəzərə alaraq yüksək məhsuldarlıqlı T. durum Desf. və T. aestivum 
L.  növlərinə  (Bərəkətli-95,  Qaraqılçıq-2,  Əzəmətli-95  və  Qiymətli-2/17)  aid  bəzi    genotiplər 
laboratoriya şəraitində müxtəlif qatılıqlı (0; 50; 100 və 200 mM) NaCl duzu mühitində cücərdilərək 
inkişafları  izlənilmişdir.  Bərəkətli-95  və  Əzəmətli-95  genotiplərinin  müxtəlif  duz  mühitlərində 
böyüməsini əks etdirən fotolar şəkil 1-də göstərilmişdir. Müxtəlif növlərə aid olmalarına baxmayaraq 
ilkin cücərtilərin müxtəlif duz mühitində böyümə tendensiyası demək olar ki, bütün genotiplər üçün 
eyni  olmuşdur.  Tədqiq  olunan  bütün  genotiplərdə  NaCl  duzunun  50  mM  qatılığında  10  günlük 
cücərtinin  boyu  distillə  suyunda  cücərdilmiş  nəzarət  bitkilərindən  çox  az  fərqlənir.  Bitkilərin 
inkişafının  ciddi  ləngiməsi  öyrənilən  genotiplərdə  100  mM  duz  qatılığında  müşahidə  olunur.  Bu 
zaman nəzarət bitkilərinə nisbətdə cücərtilərin boyları Bərəkətli-95 
˂ Qaragılçıq-2 ˂ Giymətli 2/17 ˂ 
Əzəmətli-95 istiqamətində 40-60% aralığında dəyişir. Duzun 200 mM qatılığında isə cücərtilərin boy 
artımı çox cüzi olur. Bununla belə təcrübə müddətində həm 100, həm də 200 mM duz qatılıqlarında 
cücərtilərdə  xarakterik  həyat  əlamətləri,  o  cümlədən  fotosintez  əlamətləri  müşahidə  etmək  mümkün 
olmuşdur. 
Ona görə də müxtəlif qatılıqlı duz mühitində inkişaf edən bitkilərin daxili reaksiyalarının, o cümlədən 
fotosintetik  aparatın  funksional  fəallığının  öyrənilməsi  maraq  doğurur.  Bunun  üçün  hal-hazırda  bir 
sıra  kommersial,  eləcə  də  öyrənilən  problemə  uyğun  olaraq  laboratoriya  şəraitində  hazırlanmış 
qurğular  mövcuddur.  Bu  metodlar  arasında  xlorofilin  flüoressensiyasının  ölçülməsinə  əsaslanan 
metodlar sadə olmaqla, həm də çox informativdirlər [18].  
 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin