AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
161
TOMAT BĠTKĠSĠNDƏ (SOLANUM LYCOPERSICUM L) SlERF5 VƏ SlWRKY33 TRANSKRĠPSĠYA FAKTORLARININ TOXUMA SPESĠFĠK EKSPRESSIYASI K.Q.Qasımov, G.A.Ələkbərova
*
, H.R.Cəfərov
** ,
AMEABotanika İnstitutu
Bakı Dövlət Universiteti
*
Xəzər Universiteti
**
Tədqiqatlarda bitki mənşəli transkripsiya faktoru ailələrindən iki super ailənin ERF və WRKY superailələrinə daxil olan SlERF5 və SlWRKY33 transkripsiya faktorlarının tomat bitkisində toxuma spesifik ekspressiya profili öyrənilmişdir. Tədqiqatlar əsasən imunoblotinq metodu vasitəsi ilə aparılmışdır. Zülalların vestern hibridləşməsi tədqiqatları sübut etdi ki, tomat bitkisində su çatışmazlığı zamanı ERF ailəsinin nümayəndələrindən SlERF5/AP2 domenli TF və WRKY ailəsinin nümayəndələrindən SlWRKY33A və SlWRKY33B faktorları müxtəlif toxumalarda intensiv ekspressiya olunurlar. Analizlər aşkar etdi ki, ERF5/AP2 əsasən gövdənin uc meristem nahiyəsində, yarpaqlarda, kökdə və gövdədə ekspressiya olunur. Amma, SlWRKY33A uc meristem nahiyəsində, cavan yarpaqlar, yarpaq saplağı və çiçək saplağında ekspressiya olunur, SlWRKY33B isə SlWRKY33A-dan fərqli olaraq kökdə və aksillar meristem toxumasında da ekspressiya olunur.