MATERĠAL VƏ METODLAR Bitki materialları: Tədqiqatlarda tomat bitkisinin (Solanum lycopersicum L.) 8 həftəlik
cücərtilərindən istifadə olunmuşdur. Bitki materialları hidroponika və sterilləşdirilmiş (avtoklavla) və
münbitləşdirilmiş torpaq şəraitində yetişdirilmişdir. Təcrübələrdə bitkinin cavan budaqlarının uc
nahiyələri (artıq çiçək yataqları görünən vəziyyətdə), cavan yarpaqlar, cavan gövdə və kök nahiyələri
istifadə olunmuşdur.
Vegetasiya dövründə bitkilər 25°C
2С
temperaturda, 150μE м
-2
s
-1
intensivli işıq şəraitində,
14 saat işıq, 10 saat qaranlıq fotoperiodu şəraitində inkubasiya olunmuşdur. Bitkilərin su qıtlığına
məruz qoyulması 7 həftəlik dövründə suvarmanın tədricən azalması ilə başlanmışdır. Tədqiqat üçün
nümunələr götürlməzdən öncə bitki 72 saat müddətində tam susuz saxlanılmışdır.