Tədqiq olunmuş digər iki zülal faktoru SlWRKY33A və B-də həmçinin tomat bitkisinin cavan
yarpaqlarında və gövdənin uc meristem toxumalarında intensiv ekspressiya olundiqlarını göstərir.
Amma bu faktorlar kök toxumalardında əhəmiyyətli dərəcədə ekspressiya olunmur. Görünür ki, bitki,
verilmiş stress amilinə qarşı müxtəlif toxumalarda müxtəlif siqnal sistemindən eyni zamanda istifadə
edə bilir. Çünki ERF faktorlar ailəsi bir qayda olaraq etilen, salsil turşusu və jasmin turşusu ilə bağlı
olan siqnal sisteminin mediatirlarının transkripsiyasını tənzimlədiyi halda SlWRKY33 zülalların digər
sistemlərlə o cümlədən DREB genlər sistemi və absis turşusu ilə ötürülən siqnal yolu ilə bağlı olduğu
guman olunur [7].
Arabidopsisisn yarpaq ağızcıqlarında qoruyucu hüceyrələrdə absis aldehid oksidaza geninin
ekspressiyası aşkar edilmişdir
[6]. Bundan əlavə ABA sintezi yolunda iştirak edən başqa dörd genin