AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
168
Alınmış rəqəmlər bir bitkiyə düşən (mütləq miqdar) orqanda toplanan maddəyə görə hesablanmışdır.
Təcrübələrdə həmçinin fenoloji müşahidələr aparılmışdır.
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ Alınmış nəticələr göstərmişdir ki, stressorların təsirindən ən çox əziyyət çəkən əsl yarpaqlar
olmuş, bu orqanda toplanan quru maddənin miqdarı 21 günlük bitkilərdə kontrolla müqayisədə NaCl –
97,4%, Pb – 72,0%, NaCl+Pb variantında isə 44,4%, köklərdə isə müvafiq olaraq 207,1; 135,4 və
114,3% təşkil etmişdir.
Təcrübələrdə bitki orqanlarında müxtəlif forma azotlu maddələrin sintezinin tədqiqi (cədvəl 1)
göstərmişdir ki, vegetasiyanın ilk həftəsində (7 gün) yalnız NaCl variantında köklərdə ümumi azotlu
maddələrin zintezi güclənmiş, stressorlar (NaCl, Pb, NaCl+Pb) qeyri-zülali azotlu maddələrdən fərqli
olaraq zülal sintezinin, xüsusən də NaCl+Pb variantında əsl yarpaqlarda 3,4 dəfə zəifləməsinə səbəb
olmuşlar. 14 günlük vegetasiya müddətində isə stressorlar hər üç təcrübə bitkilərinin orqanlarında
qeyri-zülali azotlu maddələrin toplanmasını artırmış, NaCl variant bitkiləri istisna olmaqla, Pb almış
hər iki variantda köklərdə, həm də əsl yarpaqlarda zülalların sintezini zəiflətmiş, Pb variantında yalnız
ləpə yarpaqlarda zülal azotunun zintezi güclənmiş və kontroldan 110,0% təşkil etmiş, NaCl+Pb
variantında isə hər üç orqanda bütün azot parametrləri üzrə sintez prosesi pozulmuşdur. 21 günlük
vegetasiya müddətində isə 2 stressorun birgə təsirindən salamat qalmış bitkilərdə bir dirçəliş baş
vermiş, onlar fiziki və fizioloji cəhətdən sanki bu mühitə adaptasiya olunmuşlar.
Bu dövrdə bütün təcrübə bitkilərinin köklərində kontrolla müqayisədə təxminən eyni miqdarda
ümumi azot aşkarlanmış olsa da (1,3 mq bitki), qeyri-zülali azotlu maddələrin miqdarı köklərdə və
ləpə yarpaqlarda, Pb almış ləpə yarpaqlar istisna olmaqla, 3,0-4,0 dəfə artmış, zülal sintezi isə
kontrolla müqayisədə zəifləmişdir. Qeyd etmək lazımdır ki, Pb-u tək almış bitkilərin yarpaqlarında
azotlu maddələrin mütləq miqdarı kontrolla müqayisədə çox yüksək olmuş və bu səbəbdən də
zülal/qeyri-zülal azotu nisbəti əsl yarpaqlarda 24,5-ə, ləpə yarpaqlarda isə 11,8-ə bərabər olmuşdur
(cədvəl 1). Bu 21 günlük Pb variant bitkilərində dirçəlişin, adaptasiyanın təzahüründə- ləpə
yarpaqlarda baş verən fizioloji proseslərdə fəallaşmanın, azotlu maddələrin sintezinin yüksəlməsinin
Pb-un stressor təsirini zəiflətdiyinin göstəricisidir. Tək Pb almış bitkilərdən fərqli olaraq, NaCl+Pb
almış hər iki yarpaq orqanında, stressorların biri digərinin mənfi təsirini gücləndirməsi səbəbindən
zülali maddələrin zintezi 2,0-3,0 dəfə zəifləmişdir (cədvəl 1).
Xarici mühitin – bundan əvvəl apardığımız tədqiqatlarda [1, 2, 8, 9] və bu işdə isə NaCl və Pb
stressorlarının mənfi təsirinə bitkilərin adaptasiya olunmasında PF əhəmiyyətli rol oynadığı aşkar
edilmişdir. Onlar ehtiyat zülalların dissimilyasiyasını həyata keçirməklə yanaşı, yeni zülalların sintezi
prosesində və bir çox vacib həyati proseslərin nizamlanmasında da iştirak edirlər [4]. Təcrübələrdə
vegetasiyanın elə ilk həftəsindən 7 gün və sonra orqanlarda toplanan quru biokütlənin mütləq miqdarının
stressorların təsirindən gah müsbətə, gah da mənfiyə doğru dəyişməsi, digər tərəfdən isə PFF-nın həm
variantlar, həm də orqanlar arasında da vahid miqdar quru biokütlədə artıb-azalması onun mütləq
miqdara görə hesablanmasının vacib etmişdir.