AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
24
28
0
C olan termostatda 3-7 gün müddətinə becərilir. Nəticənin qiymətləndirilməsi 7 gündən sonra,
vizual görüntüyə və ya Petri qablarında əmələ gələn koloniyanın diametrinə (d
k
) əsasən həyata
keçirilir. Bu halda müqayisə üçün kontrol kimi aqarlaşdırılmış səməni şirəsində göbələklərin əmələ
gətirdikləri koloniyanın diametrindən istifadə olunur [5].
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ Təqdim olunan məqalədə Anthemis cinsinin 6 növünün (A. cotula, A. altissima, A. triumfettii, A. dumetorum, A. melanoloma, A.candidissima)Fusarium oxysporum, Aspergillus niger, Aspergillus ochraceus və Penicillium purpureogenum patogen göbələk kulturalarına qarşı antimikotik fəallığı
öyrənilmişdir [1, 2, 7, 8]. Nəticələr diaqramlarda verilmişdir.
Diaqram 1. Bitkilər üzərində Fusarium oxysporum göbələyinin inkişafı.
Diaqram 1-dən göründüyü kimi, tədqiq olunan bitkilərin əksəriyyətinin üzərində Fusarium oxysporium göbələk test kulturasının maksimum inkişafı əsasən 7-ci gün A. altissima, A. triumfettii, A. candidissima növlərində (7,5-8,0 sm), minimum inkişaf isə A. dumetorum bitkisində (3,0 sm)
müşahidə olunmuşdur. 5-ci gün maksimum inkişaf A. triumfettii (7,0 sm),minimum inkişaf isə A. dumetorum (3,0 sm) və A. melanoloma (5,0 sm)növlərində baş vermişdir. 3-cü gün A. cotula, A. dumetorum, A. melanoloma növlərində Fusarium oxysporium test kulturası, ümumiyyətlə, inkişaf
etməmişdir.
Diaqram 2. Bitkilər üzərində Aspergillus niger göbələyinin inkişafı.
Diaqram 2-dən göründüyü kimi, öyrənilən bitkilərin üzərində Aspergillus niger göbələk test
kulturasının maksimum inkişafı da əsasən 7-ci gün müşahidə olunmuşdur (7,0-8,0 sm). 5-ci gün
maksimum inkişaf A. triumfettii növündə (7,7 sm), minimum inkişafı isə A. dumetorum növündə (4,5
sm) qeydə alınmışdır. 3-cü gün isə kulturanın ən maksimum inkişafı 6,2 sm-ə qədər olmuşdur.