Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə40/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   36   37   38   39   40   41   42   43   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
25 
 
Diaqram 3. Bitkilər üzərində Aspergillus ochraceus göbələyinin inkişafı 
 
       
Diaqram 3-dən göründüyü kimi, 3-cü gün 6 tədqiq olunan bitkidən 3-də (A. cotula, A. dumetorum, 
A.  melanoloma)  Aspergillus  ochraceus  test  kulturası,  ümumiyyətlə,  inkişaf  etməmişdir.  7-ci  gün  isə 
yalnız A. triumfettii və A. candidissima növlərində maksimum inkişaf müşahidə olunmuşdur (6,5-8,0 
sm). 
 
 
Diaqram 4. Bitkilər üzərində Penicillium purpureogenum göbələyinin inkişafı  
        
         Diaqram 4-dən göründüyü kimi, Penicillium purpureogenum test kulturasının 3-cü gün 6 tədqiq 
olunan bitkidən 3-ündə (A. cotula, A. dumetorum, A. melanoloma) minimum inkişaf (1,0-1,2 sm), A. 
triumfettii  növündə  isə  maksimum  inkişaf  (6,0  sm)  müşahidə  olunmuşdur.  7-ci  gün  isə  6  bitkidən 
yalnız A. dumetorum növündə minimum inkişaf (5,0 sm) qeydə alınmışdır. 
         
Yuxarıda  verilən  diaqramlardan  da  göründüyü  kimi,  bəzi  bitkilər  patogen  göbələklərdən  olan 
Fusarium  oxysporum,  Aspergillus  niger,  Aspergillus  ochraceus  və  Penicillium  purprogenum 
kulturalarının  inkişaflarını  müəyyən  qədər  ləngidir.  Belə  ki,  A.  cotula,  A.  dumetorum    A. 
melanoloma  bitkiləri  3-ci  gün,  kontrolla  müqayisədə,  Fusarium  oxysporium  göbələyinin  inkişafını 
tamamilə  ləngitmişdir.  Sonrakı  günlərdə  də  inkişaf  çox  az  müşahidə  olunmuşdur.  A.  cotula,  A. 
dumetorum,  A.  melanoloma  bitkiləri  də  Aspergillus  ochraceus  və  Penicillium  purprogenum 
patogenlərinin  inkişafını,  kontrolla  və  diger  bitkilərlə  müqayisədə,  ləngidə  bilir.  Umumilikdə  isə 
tədqiq  olunan  6  bitkidən  yalnız  Anthemis  dumetorum  4  fitopatogen  göbələkdən  3-ünə  -  Fusarium 
oxysporium,  Aspergillus  ochraceus  və  Penicillium  purprogenum  kulturalarına  -  antimikotik  təsir 
etmək qabiliyyətinə malikdir.  
         Beləliklə, bu kimi əldə olunan nəticələr daha da təkmilləşdirilərək fitopatogen göbələklərə qarşı 
bir çox sahələrdə mübarizə məqsədi ilə istifadə oluna bilər. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin