Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə62/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   58   59   60   61   62   63   64   65   ...   339
 
Açar  sözlər:  Göyzəbankimilər,  Boraginaceae,  bio-ekoloji  analiz,  həyati  forma,  ləçəyin  rəngi, 
hündürlük  qurşaqları, rütubət, işıq, növlərin yayılması.  
 
Azərbaycanın özünün bitki örtüyünün zənginliyi və rəngarəngliyi ilə seçilir. Dünyada mövcud olan 
əsas  bitkilik  tiplərinin  əksəriyyətinə  respublikamızın  ərazisində  rast  gəlinir.  Bunun  da  əsas  səbəbi  
Azərbaycanın  fiziki-coğrafi  və  təbii  tarixi  şəraitinin  müxtəlifliyi  və  həmsərhəd,  eləcə  də  uzaq  floristik 
ərazilərin təsiri altında formalaşmış tarixi şəraitdir. Ərazilərimizdə istər üçüncü dövr elementlərinə  (Talış 
zonasında Hirkan tipli meşələr) malik qədim bitkilik tiplərinə, istərsə də, son geoloji dövrlərdə formalaşan 
bozqır,  çəmən,  subalp,  alp,  su-bataqlıq  bitkilərinin    xüsusi  variantlarına  rast  gəlinir.  Müxtəlif  meşə 
formasiyaları Böyük, Kiçik Qafqaz regionlarında və Talışda daha geniş yayılmışdır. Bu meşələrdə palıd, 
vələs,  fıstıq  kimi  əmələgətirən  cinslərin  üstünlüyü  ilə  yayılan  meşələrimiz  çox  mühüm  susaxlayıcı, 
torpaqqoruyucu  əhəmiyyətə  malikdir.  Kür-Araz  ovalığı,  Xəzəryani  və  başqa  düzənliklərdə  səhra  və 
yarımsəhra  tipli  bitki  örtüyü  üstünlük  təşkil  edir.  Bu  tip  bitkilərdə  ən  çox  şorangə  (Salsola  sp.)  yovşan 
(Artemisia  sp.),  eləcə  də  şahsevdi  (Halostachis)  cinsi  növlərinin  dominat  olduğu  formasiyalar  geniş 
yayılmışdır. 
Azərbaycanın  quru  və  isti  rayonlarında (Naxçıvan MR,  Kiçik  Qafqazın  bozqır  yaylasında)  kserofit 
bitkilik  formasiyalarına,  xüsusən  friqana,  siblə,  tikanlı  gəvənlik,  tıs-tıslığa  rast  gəlinir.  Eldar  düzünün 
bozqır  yaylasında  Eldar  şamlığı,  iri  çayboyu  ərazilərdə  tuqay  meşələri  qeyd  olunmalıdır.  Dəniz 
səviyyəsindan  1800-3200  m  hündürlükdə  subalp  və  alp  çəmənliyi,  bozqır  və  çəmən  bitkiləri  geniş 
yayılmışdır.  Subalp  qurşağın  hündür  otluğu,  növ  tərkibinin  zənginliyi  ilə  fərqlənir.  Burada  ən  çox 
baldırğan  (Heracleum),  boymadərən  (Achillea),  çobantoppuzu  (Dactylis),  xəndəkotu  (Symphytum)  cinsi 
növləri rast gəlinir. Alp çəmənlikləri yüksək dağlıq ərazilərdə xırdaboylu, rəngarəng növlərdən ibarət alp 
xalıları  əmələ  gətirir  ki,  bu  xalıların  formalaşmasında  floramızda  çoxsaylı  növləri  ilə  təmsil  olunan 
Qırtıckimilər  (Poaceae),  Asterkimilər  (Asteraceae),  Paxladənkimilər  (Fabaceae),  Qərənfilkimilər 
(Caryophilliaceae), Dalamazkimilər (Lamiaceae) və s. fəsilələrdən olan növlərlə yanaşı, Göyzəbankimilər 
(Boraginaceae) fəsiləsindən olan, Myosotis alpestris və Huynhia pulchra növlərinin də böyük rolu vardır. 
Bu qısa icmaldan göründüyü kimi respublikamız həm florası (burada 179 fəsiləyə, 1142 cinsə aid 5000-ə 
yaxın ali bitki növü rast gəlinir [1]), həm də bitki örtüyünün müxtəlif zonallığı baxımdan çox zəngindir. 
Biz  aşağıda  Göyzəbankimilər  fəsiləsinə  aid  cins  və  növlərin,  respublikamızın  bitki  örtüyündə  rolunu 
aydınlaşdırmağa çalışacağıq. 
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin