Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə143/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   139   140   141   142   143   144   145   146   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
78 
Culfa  rаyоnunun  Nurgüt,  Хurs,  Nəsirvаz,  Pаrаğаçаy  ətrаfındаkı    rütubətli  çəmənlərdə,  mеşə 
tаlаlаrındа  bitkiyə  rаst  gəlinir.  Pаrаğаçаy  ətrаfındа  eyni  qayda  ilə  aparılmış  hеsаblаmаlаrа  görə 
bitkinin biоlоji еhtiyаtı 22,8 t-dur. Bеlə sаhələr Оrdubаd rаyоnunun digər kəndləri ətrаfındа dа qеydə 
аlınmışdır  və  ümumilikdə  rаyоndа  bitkinin  еhtiyаtı  180t-dur.  Azərbaycan  florasından  ildə  3500t  
Rumex  acetosella tədarük etmək olar. 
       R.alpestris  Jacq.-    enliyarpaq  əvəlik  BQ,  KQ  və  Naxçıvan  MR-in  bütün  dağlıq  rayonlarda,  orta 
dağ qurşağından subalp və alp çəmənliklərə qədər rast gəlinir.  
       R.longifolius  DC.-ev  əvəliyi  yalnız  BQ-ın  Quba  ərazisində  və  şimalında  yuxarı  dağ  qurşağında, 
çəmənliklərdə rast gəlinir.  
      R. patientia  L.-  şomi əvəliyi  KQ mərkəzi hissəsində, Naxçıvan MR-in bütün dağlıq rayonlarda 
və nadir halda BQ (Quba) yayılır. Əsasən subalp qurşaqlarda və dağ çəmənliklərində rast gəlir.  
Avropada kulturalaşdırılmışdır. Yarpaqları şomi (ispanaq) kimi istifadə edilir. Ondan isti 
yeməklər hazırlanır. 
        R. angustifolius Campd.-daryarpaq əvəlik nadir bitkidir, yalnız Naxçıvan MR dağlıq ərazilərində, 
yuxarı dağ qurşağında,  dağ çəmənliklərində və qayalarda rast gəlinir. Bitki C vitamini ilə zəngindir. 
Nadir olduğu üçün o qədər də geniş istifadə edilmir. 
        R.conglomerates Murr.-yumaxkök əvəlik Samur-Dəvəçi ovalığı, Kür düzü, Lənkəranın dağlıq və 
ovalıq hissəsində, ovalıqdan, aşağı dağ qurşağındək yayılmışdır. Əsasən çay yataqlarında rast gəlinir. 
Eyni zamanda  yem bitkisi kimi ərazidə becərilir.  
      R.sanguineus    L.-  qanvari  əvəlik  BQ-ın  Quba  massivində,  Şirvan  zonasında  və  Kür-Araz 
ovalığında,  Kür düzənliyi, Ələz-Ağrıçay,  KQ mərkəzi və Lənkəranda ovalıqdan, aşağı və orta dağ 
qurşaqlarına  kimi,  meşə,  kolluq  və  bağçalarda,  suvarma  arxlarında  rast  gəlinir.    Istifadəsi  barədə 
məlumat əldə edilməmişdir. 
      Kür - Araz ovalığı, Bozqır yaylası,  Lənkəran dağlığı və ovalığında, ovalıqdan orta dağ qurşağına 
kimi rast gəlinir. Quru yerlərdə, alaq kimi çəmənliklərdə, suvarma arxlarında.  
     R.  halacsyi  Rech.  –  halaci    əvəliyi  Kür  -  Araz  ovalığı,  Bozqır  yaylası,    Lənkəran  dağlığı  və 
ovalığında,  ovalıqdan  orta  dağ  qurşağına  kimi  rast  gəlinir.  Quru  yerlərdə,  alaq  kimi  çəmənliklərdə, 
suvarma arxlarında Xəzər ətrafı, və KQ –ın cənubunda  yayılmışdır.  
     R.pulcher  L.- gözəl əvəlik Samur- Dəvəçi ovalığında, Bozqır yaylasında,  Kür-Araz ovalığında,  
Kür düzündə və  Lənkəranda quru yerlərdə, çay kənarlarında, suvarma arxlarının kənarlarında, 
əkinlərdə alaq kimi rast gəlinir.  
   Tədqiqat ilində bəzi növlərin ehtiyatı öyrənilmişdir (Cədvəl)  

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin