AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
93
Baytarlıqda bitkinin kökü sidikqovucu, tərqovucu kimi, böyrək və sidik kisəsi daşlarında, mədə və
onikibağırsaq xoralarında istifadə olunur [1]
.
MATERĠAL VƏ METODLAR Çöl işləri 2014-2015-ci illərin iyul-avqust aylarında Şamaxı rayonunun müxtəlif ərazilərində aparılmışdır.
Çöl işləri zamanı, ümumi qəbul olunmuş geobotaniki metodlara [7] əsaslanaraq, Arctium lappa bitkisinin
yayılma sahələri dəqiqləşdirilmiş, botaniki təsvirlər aparılmış və fitosenotik xüsusiyyətləri öyrənilmişdir.
Öyrənilən bitkinin rast gəldiyi yerin quruluşu, senozlarda rast gəlinməsi və proyektiv örtüyü, beş ballı
şkala ilə qiymətləndirilməsi öyrənilmişdir.
Bitkinin ehtiyatı və sıxlığı ―Методика определения запасов
лекарственных растений‖ görə təyin olunmuşdur [6].Xammal məhsuldarlığını müəyyənləşdirmək üçün
çöl işləri aparılan ərazilərdə 10x10 m ölçüdə hesablama meydançaları qoyulmuş və həmin ərazilərdən
yığılmış bitkinin kölgə yerlərdə qurudularaq quru çəkisi müəyyən olunmuşdur.