Açar sözlər: Yonca, Trifolium L., populyasiya, fitosenologiya, ehtiyatşünaslıq. Klassik elmi mənbələrdən də məlumdur ki, təbiətdən istifadə etmək üçün bitkilərin təbii
populyasiyalarının müasir vəziyyəti barədə məlumatlar toplanılmalı, bitkinin ontogenetik vəziyyəti
araşdırılmalı və təbii ehtiyatının saxlanılması üçün həyat formaları, yaşayış mühitinin tipi və
bioekoloji xüsusiyyətləri öyrənilməlidir [5]. Son dövrlərdə Azərbaycan florasında faydalı bitki
resurslarının qiymətləndirilməsi üçün ən çox populyasa və ontogenetik yanaşmalardan istifadə edilir
[1, 6, 16]. Ədəbiyyat materiallarının araşdırılmasından məlum olmuşdur ki, ontogenezin diskret təsviri
konsepsiyasından istifadə etməklə bitki fərdlərində inkişaf mərhələlərini xarakterizə etmək
mümkündür.
Azərbaycanın Şirvan ərazisində yayılan yoncalıq populyasiyaları indiyə qədər eko-fitosenoloji
qiymətləndirilməmişdir. Aparılan tədqiqatların [17] davamı olaraq Şirvan ərazisində Paxlalı
bitkilərdən olan Yonca növlərini ekoloji, fitosenoloji və bioloji ehtiyatları təyin edilmişdir