Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə181/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   177   178   179   180   181   182   183   184   ...   339
 
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ 
    Paxlalı yem bitkilərindən biri də Trifolium  L. -yoncadır. Yoncanın Azərbaycan florasında 38 növü 
məlumdur [11]. Onlardan 15 növü və 3 variasiyası tədqiqat ərazisində yayılmışdır. Şirvan ərazisində 
bu növlərin yayılma sahələri və bioekoloji xüsusiyyətləri təyin edilmişdir. 


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
97 
1.
 
T.arvense  L.- qumlaq yonca Şirvanın demək olar ki, hər yerində yayılmışdır. Ovalıqdan orta, 
nadir  halda isə  yuxarı dağ qurşağına kimi, quru, otlu yamaclarda, kolluqlarda, daşlı  yerlərdə 
rast gəlir. 
2.
 
T.angustifolium  L.- ensizyarpaq  yonca Qobustan, Kürdəmirdə və BQ şərqində ovalıqdan orta 
dağ qurşağına kimi quru çəmənlərdə, kolluqlarda yayılmışdır. 
3.
 
T.canescens Willd.  – ağımtıl  yonca tədqiqat rayonlarının hər yerində yayılmışdır. Subalp və 
alp qurşaqlarında, nadir halda isə yuxarı meşə qurğağında. Çəmənliklərdə və otlu yamaclardan 
toplanılmışdır.  
4.
 
T.caucasicum  Tausch-    qafqaz    yoncası    Qobustanda,  BQ  şərqində  və  Kür  düzənliyində 
ovalıqdan orta dağ qurşağına kimi, kolluqlarda, meşə kənarlarında rast gəlinmişdir.  
5.
 
T.diffusum Ehrh.-  şaxəli yonca Qobustan və   nadir halda Kür-Arazovalığı orta dağ qurşağına 
kimi çəmənliklərdə, çay kənarlarında rastlanır. 
6.
 
T.echinatum    Bieb.    -  iynəli  yonca    Qobustanda,  Göyçayda.  Kür  düzənliyi  və  BQ  şərqində 
ovalıqdan  aşağı  dağ  qurşağına,  çəmənliklərdə,  rütubətli  yerlərdə,  yol  kənarlarda,  arx 
kənarlarında yayılmışdır.  
7.
 
T.lappaceum    L.  –pıtraq  yonca  Qobustan  və  Kür-  Araz  ərazilərində  ovalıqda  və  aşağı  dağ 
qurşaqlarında, kolluqlarda, çəmənliklərdə yayılmışdır. 
8.
 
T.medium    L.-  orta  yonca  demək  olar  ki,  ərazinin  hər  yerində  yayılmışdır.  Yuxarı    dağ  
qurşağına    kimi,    çəmənliklərdə,  kolluqlarda,    meşə    kənarlarında  rast  gəlinir.  Ərazidə  2 
variasiyasına da rast gəlinir: var.genuinum Rouy et Foue. -Kasacığın borusu çılpaqdır. 30-50 
sm  hündürlüyündə  olan    gövdəsi    budaqlanandır.  Kasacığın  üst  dişcikləri  adətən  kasacığın 
borusuna bərabər olduğu halda, alt hissə  nəzərə çarpacaq dərəcədə uzundur-);    var.  troitzkyi 
A. Grossh- əsas hissəsi demək olar ki,  odunlaşmışdır.  15-20 sm hündürlüyündə  olan gövdəsi  
açıq,  adətən  güclü  budaqlanandır.  Yarpaqları  bərk,  ellipsvari  və  ya  tərs-yumurtaşəkilli  olub, 
yuxarı hissəsi  dəyirmi, hər iki tərəfi isə çılpaqdır. Başcıq  2-3 saydadır.    BQ şərqində tez-tez 
rast gəlinir.    
9.
 
T.  pretense  L.  -  çəmən  yoncası  Şirvan  ərazisinin  demək  olar  ki,  hər  yerində    yayılmışlar. 
Ovalıqdan  subalp  hündürlüyünə  kimi.  Çəmənliklərdə,  otlu  yamaclarda,  meşə  kənarlarında, 
talalarda, meşələrdə, yarımsəhralarda, vahələrdə, bağlarda hər addimda rastlanır.  
10.
 
T. striatum  L. -  tilli yonca  Qobustanda,  Kür düzənliyində və BQ şərqində ovalıqdan orta dağ 
qurşağına kimi, kolluqlarda, otlu yamaclarda yayılmışdır. Növün ərazidə 1 varisiyasına da rast 
gəlinir:var. incanum (Presl) Asch. et Gr. - kasacığın dişcikləri borudan qısadır. 20-40(50) sm 
hündürlüyündə olan bitki  2-2,5 sm uzunluğunda iri yarpaqlara və  uzun buğumarası gövdəyə 
malikdir.  
11.
 
T. scabrum L. - kələkötür yonca   Qobustanda və Hacıqabulda, Ağsuda aşağı ətraflarda, nadir 
halda isə orta dağ qurşağına kimi, qumlu, çınqıllı və əhəngli quru yamaclarda yayılır.  
12.
 
T.  subterraneum  L.  -  yerəyatıq  yonca    Kür-Araz  ovalığı  və  BQ  şərqində  ovalıqdan  orta  dağ 
qurşağına kimi, kolluqlarda, çəmənliklərdə, çay kənarlarında rastlanır. 
13.
 
T.campestre  Schreb.-çöl  yoncası  demək  olar  ki,  Azərbaycanın  hər  yerində  yayılmışdır. 
Ovalıqdan yuxarı  dağ qurşağına kimi, çəmənlərdə, kolluqlarda, meşə kənarlarda rast gəlinir.  
14.
 
Т. trichocephalum M- şübhəli yonca tədqiq edilən bütün rayonlarda rast gəlinmişdir. Orta və 
yuxarı  dağ  qurşaqlarında.    Çəmənlərdə,  meşə  kənarlarında,  subalp  hündürotluluğunda,  alp 
xalılarında yayılır.  
15.
 
T. fontanum Bobr.-bulaq yoncası çoxillik bitkidir. BQ şərqi 1500-2500 m hündürlükdə subalp 
qurşağında rütubətli çəmənliklərdə və bataqlıqlarda rast gəlinir.  
Təsərrüfat  əhəmiyyəti  T.medium-orta  yonca  ilk  növbədə    uzunmüddətli    yem  qarışığı  (silos) 
üçün  qiymətli  yem  hesab  olunur.  Mədəni  halında  becərilən  qırmızı  yoncadan  fərqli  olaraq    bu  növ 
quraqlığa  daha  davamlıdır.  Bu  yonca  növündən    həmçinin    yamacların  eroziyasına  qarşı  mübarizə 
məqsədilə  əkində  istifadə  edilə  bilər.  Tədqiqat  şəraitində  də  sınaqdan  keçirilmişdir.    Bitkinin 
populyasiyalarında  fitosenoloji  tədqiqatlar  aparılmışdır.  Bitkidə  çiçəkləmə  başlayan  zaman  rozet 
yarpaqların  və  reproduktiv  zağların  inkişafı  başa  çatır.    Monitorinqlər  zamanı  hər  bir  transektdə 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin