AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
109
D.lotus L. və D.koki L. bitkilərinin yarpaq və gövdə qabıqlarından xammal kimi istifadə
edilməklə, toplum və fərdi maddənin miqdarının təyin edilməsi müəyyən əhəmiyyət kəsb edir.
Vegetasiya dövründə 2 dəfə - yazda (may) və payızda (oktyabr) toplumun və fərdi maddənin çıxımını
təyin etmək üçün müvafiq tədqiqatlar aparılmışdır. Nümunələr 100 q miqdarında götürülmüş və
yuxarıda qeyd edildiyi qaydada heksan ilə çıxarış alınmış və çıxım təyin edilmişdir. Preparativ nazik
təbəqəli xromatoqrafiya lövhəsindən istifadə olunmaqla fərdi şəkildə alınmış maddənin miqdarı təyin
edilmişdir (Cədvəl 1).