AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
108
DIOSPEROS LOTUS L. VƏ DIOSPEROS KOKI L. BĠTKĠLƏRĠNĠN XĠNOĠD BĠRLƏġMƏLƏRĠNĠN TƏDQĠQĠNƏ DAĠR A.Ş.Şixiyev
AMEA Botanika İnstitutu
Son illərdə təbii bioaktiv maddələrə tələbat daha çox artmışdır. Bunların arasında yüksək antibiotik xassəyə malik olan naftoxinon birləşmələri xüsusi yer tutur. Məqalədə Azərbaycan florasında yayılmış Ebanaceae fəsiləsinə aid olanDiosperos lotus L. və Diosperos koki L. bitkilərinin müxtəlif inkişaf mərhələlərində yarpaq və gövdələrindən ekstraktiv toplum və fərdi maddə - filloxinon maddəsinin alınması barədə məlumat təqdim olunmuşdur. Açar sözlər: naftoxinon, xinoid birləşmələri, filloxinon, bioloji aktivlik
Bitki ehtiyatlarından səmərəli istifadə olunması, təbii maddələrin alınması və onların bioloji
aktivliyinin öyrənilməsi əsas prioritet məsələlərdən biridir. Bu qəbildən naftoxinon birləşmələrinin
əksəriyyəti antibiotik xassəyə malik olduqlarından xalq təsərrüfatının müxtəlif sahələrində, o
cümlədən tibbdə tətbiq olunur: yuqlon - qoturluq xəstəliyində [1]; lapoxol, lavson və şikanin - bəd
şişlərin müalicəsində [2]; filloxinon - qanaxmanın dayandırılması və yaranın tez sağalmasında [3];
plumbaqol - funge və bakteriosid xassəli maddə kimi [4] istifadə olunur. 7-metil yuqlon vərəm
xəstəliyinin müalicəsi və nəzarəti üçün dərman preparatı kimi patentləşdirilmişdir [5].
Ebanaceae fəsiləsinə aid olan bir sıra Diosperys növlərində, o cümlədən D.xanthoshamus (Gürke) və D.mespiliformus Hochst. bitkilərinin gövdə və yarpaqlarında [6] və D.tricolor bitkisində
yüksək antibiotik xassəyə malik olan plumbagin və plumbaqol maddələri müəyyən edilmişdir [7]. Bu
bitkilər Afrika və Avstraliyada yayılmışdır.