Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə204/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   200   201   202   203   204   205   206   207   ...   339
 


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
112 
 
MATERĠAL VƏ METODLAR 
       Osetin  güləvər  növü  Altıağac  kəndinin  ətrafından  2012-ci  il  iyul  ayında  çiçəkləmə  fazasında  
yığılmışdır.  Bitki  materialının  yerüstü  hissəsindən  500  qr  (havada  quru  çəkisi)  götürülmüşdür  və  3 
gün otaq şəraitində asetonla 3 dəfə ekstraksiya edilmiş, ekstraktiv məhlul  kağız filtrdən süzülmüş və 
qovulmuşdur. Alınan ekstraktiv maddələr cəmi 70 ml çatana qədər qatılaşdırıldıqdan sonra silikagel 
(KSK)  ilə  doldurulmuş  şüşə  sütununa  (h=120  sm,  d=4  sm)  keçirilmiş  və  xromotoqrafiya  yolu  ilə 
bölünmə aparılmışdır.  
     Absorbsiya  olunmuş  maddələr  əvvəlcə  petroleyn  efiri  ilə,  sonra  petroleyn  efiri  +  xloroform, 
xloroform+spirtlə  elyuasiya  edilmişdir.  Yığılan  fraksiyaların  cəmi  100  ml.  İQ-spektrlər  UR-20 
spektrometrində  vazelin  yağında  çəkilmiş  ərimə  temperaturu  Kofler  blokunda  müəyyən  edilmişdir. 
Alınan  maddələrin  fərdliliyi  müxtəlif  həlledicilərdə  (petroleyn  efiri,  xloroform,  etilasetat,spirt  və  s.) 
həll edilməklə ―Silufol‖ lövhəciklər üzərində yoxlanılmışdır.  
      Osetin  güləvər  bitkisinin  yerüstü  hissəsindən  fərdi  şəkildə  4  kristallik  maddə  alınmış.  və  onların 
fiziki-kimyəvi xassələri öyrənilmişdir. Petroleyn efiri ilə xloroformun (3:1) nisbətində olan qarışığı ilə 
elyuasiya  etdikdə  22-28  fraksiyalarda  ağ  kristallik  maddə  əldə  olundu.  Maddənin  İQ  spektrində  OH 
qrupu(3300-3430  sm 
-1
),metil  radikalı  (1380sm 
-1
)  və  başqa  funksional    qruplar    müşahidə  olunur.  
Maddə  diqitonin  ilə çöküntü verir, Liberman-Burxard və Salkovski reaksiyasında iştirak edir, bu da 
maddənin steroid birləşmələrinə aid olduğunu göstərir. Aldığımız maddənin İQ-spektri β - sitosterinin 
IQ  spektri  ilə  eynidir.  Maddənin  element  tərkibi  C
29
H
50
O,  ərimə  temperaturu  136-137
0

Petroleyn efiri ilə xloroformun (2:1) nisbətində olan qarışığı iləelyuasiya  etdikdə 34-39 fraksiyalarda 
2  maddə  qarışığı  aşkar  olundu.  Fraksiyalar  birləşdirilib  10  ml  həcmə  qədər  qovuldu  və  alüminium  
oksidi  ilə  doldurulmuş    (h-35  sm,  d-  1,5  sm)  şüşə  sütununda  heksan+etilasetat  (1:3)  qarışığı  ilə 
rexromatoqrafiya  edildi.  8-11  fraksiyalarda  (fraksiyaların  həcmi  10  ml)  bir  maddə  aşkar  oldu. 
Maddənin İQ spektrində. OH qrupu (3370 sm
-1
), CO- γ lakton tsikli (1765 sm
-1
), CO- α, b- doymamış 
mürəkkəb  efir  qrupu  (1710  sm
-1
),  ikiqat  rabitələrə  (1665,  1630  sm
-1
)  aid    zolaqlar  müşahidə  edilir. 
Maddənin İQ-spektri knitsinin İQ-spektri ilə üst-üstə düşür. Maddənin element tərkibi C
20
H
26
O
7, 
ərimə 
temperaturu  143
0

     Petroleyn efiri +  xloroform (1:2) nisbətində olan qarışığı ilə elyuasiya zamanı 48-56 fraksiyalarda 
yeni  bir  maddə  aşkar  olundu.  Fraksiyalar  birləşdirildi  və    50  ml-ə  qədər  qovuldu  və  soyuducuda 
kristallaşdırıldı. Fərdliliyi  yoxlanıldıqdan sonra  İQ spektri  çəkildi.  İQ spektrində  OH qrupu(3480sm
-
1
),epoksiqrupu (3065, 1280, 1227, 1146 sm
-1
), CO- α metilenγ-lakton qrupu ( 1770, 1760 sm
-1
), CO-
mürəkkəbefir qrupu (1745 sm
-1
), ikiqat rabitələrə (1640 sm
-1
) rast gəlinir. Maddənin İQ spektri repinin 
İQ spektri ilə eynidir. Repinin element tərkibi C
19
H
22
O
7
, ərimə temperaturu 154-156
0

       Xloroform  + spirt  (98:2) qarışığı  ilə  elyuasiya zamanı 64-71 fraksiyalarda  yeni  bir maddə  aşkar 
edildi. Fraksiyaları birləşdirib, 50 ml-ə çatana qədər qovub, soyuducuda saxladıqda maddə kristallaşdı. 
Maddənin  İQ  spektrində  CO-β  laktona  (1713,  1688  sm
-1
)  aid  zolaqlar  müşahidə  olundu.  Bunlar 
maddənin oksikumarin birləşmələrinə aid olduğunu göstərir. Alınan maddənin  və  umbelliferonun (7-
oksikumarin) İQ spektri eynidir. Maddə ultrabənövşəyi işıqda əlvan mavi işıq saçır. Umbelliferonun 
element tərkibi C
9
H
6
O
3
, ərimə temperaturu 233-234
0

Umbelliferon  verticillium  dahliae  göbələyin  sintezini  zəiflədir  [17].Umbelliferon-α  qlükozid  nəzərə 
çarpan  dərəcədə  antiaritmik  aktivliyə  malikdir  [1].  Repin  nəzərə  çarpan  dərəcədə  antiprotozoy 
aktivliyə malikdir [13]. 
 
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin