Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə203/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   199   200   201   202   203   204   205   206   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
111 
 
OSETĠN  GÜLƏVƏRĠ (CENTAUREA OSSETICA D. SOSN.) 
 NÖVÜNÜN KĠMYƏVĠ TƏDQĠQĠ 
 
Rəsulov F.Ə., Babayev R.İ. 
AMEA  Botanika  İnstitutu 
 
 
Osetin güləvəri  növünün yerüstü hissəsindən 4 fərdi maddə alınmışdır: β- sitosterin,   qvayan 
tipli  seskviterpen    laktonları  -  repin  və  knitsin,  oksikumarin  –  umbelliferon.  Alınan  maddələr 
Azərbaycanda bitən güləvəri növü üçün yenidir.  
         Açar sözlər: Centaurea ossetica, β- sitosterin, repin, knitsin, umbelliferon 
 
Təbii  ehtiatların  kompleks  öyrənilməsi  və  səmərəli  sürətdə  istifadə  edilməsi  iqtisadi  inkişafın 
əsas amillərindən birini təşkil edir. Bu baxımdan bioloji fəal maddələr ilə zəngin olan bitki növlərin 
kimyəvi  cəhətdən öyrənilməsi məqsədəuygundur və alınan nəticələrin xalq təsərrüfatına tətbiqi xeyli 
fayda verə bilər. 
Azərbaycan florası bioloji fəal maddələr ilə zəngin olan müxtəlif bitki növlərinə malikdir. Bitki 
aləmində  ən  çoxluq  təşkil  edən  və  geniş  yayılan  mürəkkəbçiçəklilər  (Asteraceae)  fəsiləsidir.  Bu 
fəsiləyə aid olan güləvər (Centaurea L.) cinsi özünəməxsus yer tutur və kimyəvi cəhətdən olduqca az 
öyrənilmişdir.  Ədəbiyyat  məlumatlarına  görə  güləvər  cinsi  növlərində  müxtəlif  sinif  birləşmələrinə 
aid bioloji fəal maddələr, xüsusilə, seskviterpen laktonları [18,19,21,22,24,26,28,29,31] və kumarinlər 
aşkar edilmişdir [3,7]. Seskviterpen laktonları geniş spektrli bioloji aktivliyə malikdirlər: antiprotozoy, 
antihelmit, kardiotonik, iltihaba, yanığa, bədxassəli şişlərə, malyariya, leykomiyaya qarşı, spazmolitik 
və s. [5,10,13,14,15]. 
          AMEA    Botanika  İnstitutunun  və  Azərbaycan  Tibb  Universitetinin  əməkdaşlarının  birgə 
tədqiqatları  nəticəsində  Ambrozia  artemisiifolia  (yovşan  yarpaqlıambroziya)  bitkisindən  alınan 
seskviterpen  laktonları-  psilostaxin  və  dihidropartenolid  sitotoksik  aktivliyə  malikdir  [4]. 
Centaurea cyanus  və   C. incana  bitkilərinin çiçəkləri qədim dövrdən öd və sidikqovucu kimi istifadə 
edilir [9]. C  repenssinir sistemi xəstəliklərində istifadə edilir, yumşaq beyin toxumalarının bərpasına 
kömək edir [32]. 
       Bitki  mənşəli  bioloji  fəal  maddələr  sırasında  kumarin  törəmələri  mühüm  yer  tutur.  Bu  qrup 
birləşmələrin  nümayəndələri  müxtəlif  istiqamətli  fizioloji  fəallığa    malikdirlər.  Praktiki  təbabətin 
vacib  hesab  olunan  fəallıq  ağrıkəsici,  antikoaqulyant,  kapillyar  damarlarını    möhkəmləndirən, 
fotosensibilizəedici, hipotenziv,  iltihab  əleyhinə,  ödqovucu, bədxassəli şişlərə  qarşı, aritmiyaya qarşı 
və başqa fəallıqlardır [2,6,8,20,23,25,27,30]. 
      Bu  qrup  birləşmələrdən  furokumarinlərə  aid  birləşmələr-  bergapten,  ksantotoksin  və  psoralenin 
əsasında  yaradılmış  ammifuran,  psoralen,  beroksan,  meladinin,  metoksalin  preparatları 
leykodermiyanın  müalicəsində  müvəffəqiyyətlə  istifadə  olunur.  Visnadin,  dihidrosamidin,  atamantin 
və  pteriksinin  əsasında  ağrıkəsici  preparatlar,  4-oksikumarinin  əsasında  antikoaqulyant  fəallığı, 
dukumarol,  pelentan  və  s.  preparatların  əsas  komponentləri  olan  kumarin  törəmələrinin  mənbəyi 
yabanı halda bitən və ya becərilən bitkilərdir [1,12]. 
 Ümumiyyətlə,  kumarin  birləşmələri  əsasında  müxtəlif  xəstəliklərin  müalicəsində,  tibbi  praktikada 
geniş 
istifadə 
olunan 
40-dan 
artıq 
effektiv 
preparatlar 
yaradılmışdır 
[1].  
     Bitki  birləşmələrin,  xüsusilə,  seskviterpen  laktonların  və  kumarinlərin  fəallığı  molekulda  olan 
funksional  qrupların,  ikiqat  rabitələrin    xarakterindən  ,  yerindən  və  həmçinin  molekulanın  karbon 
skeletindən sıx surətdə asılıdır.   
      Yuxarıda  qeyd  etdiklərimizi  nəzərə  alaraq  Azərbaycan  florasında  geniş  yayılmış  və  kimyəvi 
cəhətdən öyrənilməmiş güləvər cinsi nümayəndələrinin kimyəvi tədqiqini məqsədəuyğun hesab etdik.  
 
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin