Məqalədə Azərbaycanın meşə və parklarında bitən meşə ağaclarının unlu şeh göbələklərinin növ tərkibi, respublika ərazisində coğrafi yayılması, mövsümi rast gəlməsi və sahib bitki sırası tədqiq edilib. AMEA Botanika İnstitutunun mikoloji herbarisində saxlanılan, yeni toplanılan nüsxələrin və ədəbiyyat materiallarının araşdırılması göstərir ki, Azərbaycanda meşə ağacları üzərində yayılan unlu şeh göbələkləri Erysiphe, Oidium, Phyllactinia və Sawadaea cinslərinə aid 18 növ və iki növdaxili taksonla təmsil olunur.