AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
14
arxların kənarında və düzənlikdən alp zonasınadək yayıla bilir. U. trifolii-repentis növü düzənlikdən
yüksəkdağ qurşağınadək çayların, kanalların kənarında, kolluqda və əkində tapılır.
Fəsiləsi Incertae sedis hesab edilən Aecidium thalictri-flavi növü birevli bitkidir, düzənlikdən
yüksədağ qurşağınadək, meşə kənarında, kolluqlarda və çayların kənarında yayılır.
Bu tədqiqat nəticəsində sürmə göbələklərindən Ustilaginaceae fəsiləsinin Ustilago Speg. cinsi üç
növlə müəyyən olunub. U. Grossheimii son ədəbiyyatlarda U. bromivora (Tul. & C.Tul.) A.A.Fisch.
növünün sinonimi kimi göstərilirsə də onun sinonimə keçirilmə səbəbləri kifayət qədər
əsaslandırılmamışdır [13, 14]. V.İ.Ulyanişev tərəfindən U. bromivora və U. Grossheimii növlərinin
təsvirində spor ölçülərinin əhəmiyyətli dərəcədə fərqləndiyi qeyd edilmişdir [4]. Belə ki, U. bromivora növündə sporların diametri 6.3-11.7 μm aralığındadır, daha çox 9.9 μm ölçülü sporlar
üstünlük təşkil edir. U. Grossheimii növündə sporların diametri 5.4-9 μm arasında dəyişir və 7.2 μm
ölçülü sporlar daha çoxdur. Azərbaycanın sürmə göbələklərinə həsr olunmuş kitabın nəşrindən yarım
əsrdən çox vaxtın keçməsinə və bir çox növlərlə əlaqədar müasir taksonomik dəyişikliklərin
aparılmasına baxmayaraq bu kitab hələ də mahiyyət etibarilə əvəzedilməzdir [4]. U. Grossheimii növünü fərqləndirən spor ölçüləriilə yanaşı bitkinin gövdə düyünlərində və çiçək oxunda spor
kütləsindən ibarət şişkinliklərin əmələ gətirməsidir. U. bromivora növü bitkinin yumurtalığını
sirayətləndirir, çiçək pulcuqları, sünbülün xarici pulcuqları deformasiya edir, nazikləşir və belə
nazikləşmiş hissələrdə spor kütləsi aydın görünür. Müqayisəli əlamətləri nəzərə alaraq bu məqalədə U. Grossheimii növünün statusu saxlanılır. Növ dənizkənarı qumluqlarda, əkinlərdə təsadüf edilir.
U. nagornyi növü dənizkənarı qumluqlarda, göllərin ətrafında Parapholis incurva (L.)C.E.Hubb.
bitkisi üzərində təsadüf edilir. U. nuda göbələyi arpanın tozlu sürməsini törədir. Göbələk düzənlikdən
yuxarı dağ qurşağınadək bütün zonalarda arpa bitkisini yoluxdurur və arpa əkilən hər yerdə ona rast
gəlmək mümkündür.
Beləliklə, bazidili mikromisetlər əsasən ot bitkiləri üzərində daha tez-tez təsadüf edilir, ağac
(Populus, Salix), kol (Berberis, Crataegus, Jasminum, Pyrus, Rhamnus, Rosa, Rubus), sarmaşıq
(Calystegia), qıjı (Cystopteris) və s. bitki tipləri üzərində az yayılmışlar. Göbələk növlərinin coğrafi
yayılmasına baxdıqda holarktik, palearktik və kosmopolit növlər üstünlük təşkil edir. Az sayda növlər
Avropa, Aralıq dənizi, Avstraliya və Qafqaz coğrafi tipinə aid edilir.