NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ Bazidili mikromisetlər Basidiomycota şöbəsinin iki böyük yarımşöbəsi (Pucciniomycotina,
Ustilaginomycotina) daxilində sistemləşir. Quba rayonundan toplanılmış yabanı və mədəni bitki
nümunələrində hər iki yarımşöbəyə aid taksalar qeyd edilmişdir. Göbələklərin böyük əksəriyyəti
Pucciniomycotina yarımşöbəsindən Puccinialaes və Telephorales sıralarının bir sıra fəsilələrinə aid
edilir. Ustilaginomycotina yarımşöbəsi Ustilaginales sırasının Ustilaginaceae fəsiləsinə aid az sayda
növlə təmsil olunub (Cədvəl).
Puccinales sırası Melampsoraceae fəsiləsinə aid Melampsora Castagne cinsi dörd, Phragmidiaceae
fəsiləsinə aid cinslərdən Frommeëlla Cummins & Y.Hirats bir, Phragmidium Link yeddi və
Trachyspora Fuckel bir növlə təmsil olunur. Puccinaceae fəsiləsi daha geniş olub, Gymnosporangium R. Hedw. ex DC. iki, Puccinia P. Micheli 43 və Uromyces (Link)Unger dörd növ olmaqla 49 növü
əhatə edir. Bu sıraya fəsiləsi Incertae sedis kimi qəbul edilən bir növ də daxildir. Göbələk növlərini
sahib bitki sırası üzrə xarakterizə etsək onları ağac, kol və ot, eləcə də mədəni və yabanı bitki qrupları
üzrə sistemləşdirmək mümkündür.
Melampsora cinsinə birevli və çoxevli pas göbələkləri aiddir. Onların ot, kol və ağac bitkilərində
yayılan nümayəndələri məlumdur. Tədqiq etdiyimiz Melampsora cinsinə aid növlərdən M. euphorbiae