MATERĠAL VƏ METODLAR Göbələk nümunələri rayonun müxtəlif səmtlərindən 2014-2015-ci illərdətoplanılmışdır.
Toplanılmış basidili mikromiset nümunələri işiq mikroskopu (Motik Digital Microscope DMB)
istifadə etməklə təyin edilmişdir. Təyinat aparılarkən əsasən ―Микофлора Азербайджана‖ [4, 5, 6, 7]
çoxcildliyindən və bir sıra müasir ədəbiyyatlardan [9, 12] istifadə edilmişdir. Mikoloji herbaridə
(BAK) saxlanılan nümunələr də daxil olmaqla tədqiqat işində istifadə edilmiş göbələklər nümunələri
müasir filogenetik təsnifata uyğun şəkildə sistemləşdirilmişdir. Göbələk növlərinin adları
dəqiqləşdirilərkən Index Fungorum və MycoBank internet saytlarından istifadə edilmişdir. Tədqiqat
işində sahib bitki sırasına da diqqət yetirilmişdir [11].