Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə24/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   20   21   22   23   24   25   26   27   ...   339
 
NƏTĠCƏLƏR VƏ MÜZAKĠRƏ 
Materialların  araşdırılması  göstərir  ki,  Azərbaycanda  meşə  ağacları  üzərində  yayılan  unlu  şeh 
göbələkləri üç teleomorf cinsə (Erysiphe R. Hedw., ex DC., PhyllactiniaSawadaea Miyabe) və bir 
anamorf cinsə (Oidium) aid 18 növ və iki növdaxili taksonla təmsil olunmuşdur. Bunlardan Erysiphe 
cinsinə  7  növ  və  bir  növdaxili  takson  (E.  adunca  var.  adunca;  E.  alphitoides;  E.  australiana;  E. 
fraxinicola; E. hypophylla E. platani; E. ulmi var. ulmi; E. ulmi var. ulmi-foliaceae), Oidium cinsinə 
3 növ (O. acerisO. alphitoides, O. obductum), Phyllactinia cinsinə 7 növ və bir növdaxil takson (Ph. 
alnicolaPh. angulata var. angulata; Ph. angulata var. ulmiPh. carpiniPh. fraxiniPh. guttata; Ph. 
orbicularisPh. roboris) və Sawadaea cinsinə 2 növ (S. bicornis; S. tulasnei) daxildir. Qeyd  edək ki, 
palıd üzərində təsadüf edilən Oidium Link cinsinə aid O. obductum Ellis. & Langl. şübhəli növ hesab 
edilir [14]. 
Aparılan müşahidələr göstərir ki, bunlardan ən zərərli olanı və geniş yayılanı bütün yaş qrupundan 
olan  palıdları,  eləcə  də  şabalıdı  (Castanea  sativa)  yoluxduran  E.  alphitoides  növüdür. 
Yoluxdurucunun vegetasiya müddəti may ayından başlayaraq noyabrın sonuna kimi davam edir [6]. 
Bizim aşdırmalarda da həmin vegetasiya müddəti müşahidə edilmişdir. Unlu şeh göbələyi ilə yoluxma 
nəticəsində  yarpaqlar quruyur və  vaxtından  əvvəl tökülür. Əvvəllər bu xəstəlik  yalnız cavan və  yeni 
əkilmiş  ağacların  xəstəliyi  hesab  olunurdu.  Lakin  tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki, 
xəstəliyə  təkcə  cavan  ağaclar  deyil,  yaşlı  ağaclar  da  tutulur.  E.  Hüseynova  görə  sahib  bitki-göbələk 
arasındakı  uzun  müddətli  qarşılıqlı  əlaqə  yoluxdurucunun  yeni,  daha  güclü  virulent  xüsusiyyətlər 
qazanmasına  gətirib  çıxarmışdır  [5].  Yaşlı  ağaclarda  bu  xəstəlik  müxtəlif  ekoloji  faktorlardan 
(quraqlıq,  qış  şaxtaları  və  s.)  asılı  olaraq  ağacın  asanlıqla  dağılmasına  və  aşmasına  səbəb  olur  [16]. 
Xəstəliyin  inkişafına  ətraf  mühitin  temperaturu,  rütubət,  sahib  bitkinin  özünün  bitmə  xüsusiyyətləri 
təsir  göstərir.  Ağacların  yoluxma  dərəcəsi  onların  bir-birinə  nisbətən  yaxın  bitmə  məsafəsindən  də 
asılıdır.  Belə  ki,  daha  sıx  bitən  palıd  ağaclarının  xəstəliyə  davamlılığı  daha  güclü  olur.  Çünki  bir-
birindən  uzaq  məsafədə  bitən  ağacların  daha  yaxşı  işıqlanması  və  istilik alması  göbələyin  inkişafına 
müsbət təsir göstərir. E. alphitoides ilə ilkin yoluxma askosporlarla olur. Oidium alphitoides (Syn: O. 
dubium  Jacz.)  göbələyin  anamorf  mərhələsidir.  E.  hypophylla  (Syn:  Microsphaera  hypophylla 
Nevod.)  palıd  üzərində  parazitlik  edir,  lakin  E.  alphitoides  növünə  nisbətən  daha  az  zərərli  hesab 
olunur. 
Respublika ərazisində  meşə ağaclarından  palıd,  göyrüş, vələs və qarağac  üzərində parazitlik edən 
unlu  şeh  göbələklərindən  Phyllactinia  cinsinin  nüməyəndələrinə  tez-tez  rast  gəlinir.  Bunlardan  ən 
geniş  yayılanı  Ph.  guttata,  Ph.  fraxini  və  Ph.  roboris  növləridir.  Phyllactinia  cinsinin  vegetasiya 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin