Tricholomataceae
Hemimycena delectabilis (Peck) Singer.
Göbələyin bütün meyvə cismi ağdır. Papaqcıq 0.3-1.5 sm, qabarıqlı kənarı qabırğalı formadadır.
Lövhələr bir qədər enli, seyrək, ayağcıqda sürüşkəndir. Ayaqcıq 1-2 sm uzunluqda, səthi ağ
tükcüklüdür. Sporlar 5-9 x 3-4.5 μm, hamar, rəngsizdir. Torpağa düşən oduncaq qalıqlarında
toplanılıb.
Mikoloji herbari: № 1530. Göygöl rayonu, Hacıkənd qəsəbəsi ətrafı meşə kənarı. 20.08.1987.
Strophariaceae
Stropharia luteonites (Fr: Fr) Quel.
Papaqcıq 1.5 sm diamtrli, konusvari, sarı mərkəzdə bir qədər narıncı- kərpicvari rəngli, azca seliklidir.
Lövhələr aralı, külvari boz, nazikdir. Ayaqcıq 2 sm uzunluqda, ağımtıl, eləcə də nazik halqaya
malikdir. Sporlar 16-20 x 8.5-11 μm, ellipsoidal, qonur-bənövşəyidir.
Mikoloji herbari: № 1536. Göygöl rayonu, Hacıkənd ətrafı çəmənlikdə, peyin üzərində. 24.08.1987.
Dostları ilə paylaş: |