AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
21
GÖYGÖL RAYONUNDAN AZƏRBAYCAN MĠKOBĠOTASI ÜÇÜN YENĠ
MAKROMĠSETLƏR
A.S.Sadıqov
AMEA Botanika İnstitutu
1987-ci ildə avqust ayında Göygöl rayonundan toplanan herbari materialları əsasında
Azərbaycan mikobiotası üçün üç yeni makromiset - Hemimycena delectabilis (Peck) Singer.
, Stopharia
luteonites (Fr.: Fr.) Quel
. və
Geastrum lageniforme Vitt.
aşkar edilmişdir.
Açar sözlər: makromiset, göbələk, mikobiota, spor
Azərbaycanın Göygöl rayonunun papaqlı göbələkləri təəssüf ki, indiyədək ətraflı
öyrənilməmişdir. Yalnız 1981-ci ildə Göygöl meşələrindən bizə bir neçə papaqlı göbələk gətirilmişdir
ki, onların arasında Azərbaycan mikobiotası üçün yeni olan
Lactarius deliciosus (Z.Fr.) Gray növünü
təyin etdik və bu barədə ədəbiyyatda məlumat verilmişdir [2]. Məlumat üçün qeyd edək ki, son illərdə
bu növ Azərbaycanın Qırmızı kitabına da daxil edilmişdir [1]. Şəxsi təşəbbüs ilə 1987-ci ilin avqust
ayının üçüncü ongünlüyündə bu bölgədə qurağlığın davam etdiyi dövrdə bir neçə gün Hacıkənd
ətrafını gəzdik və hələ də papaqlı göbələklərin əmələ gəlmədiyinin şahidi olduq. Elə o günlərdə payız
yağışlarından sonra ətraf meşə və çəməndən 15-ə qədər göbələk materialı toplanıldı. Onların arasında o
qədər nadir olmayan növlər-
Psathyrella sqadiceogricea (Schaeff.) Maire,
Xerula radicata (Relhan:
Fr.) Dörfelt,
Marasmirellus ramealis (Bull: Fr.) Singer,
Coprinus lagopus Fr. vardır.
Sonrakı təyinatlar zamanı toplanılan göbələklər arasında Azərbyacan mikobiotası üçün üç yeni
makromiset olduğu aşkar olundu. Onlar yarpaq və oduncaq qalıqlarında, peyində və torpaqda
yayılmışlar. Aşağıda bu növlərin qısa təsviri və sxematik şəkli verilir:
Dostları ilə paylaş: