Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə25/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   21   22   23   24   25   26   27   28   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
18 
müddəti daha gec, avqust ayından etibarən başlayır və yarpaqların tökülməsinə (xəzana) kimi davam 
edir [6]. 
Cədvəl. Sahib bitki növləri üzrə unlu şeh göbələklərinin yayılması 
Sahib bitki 
Parazit göbələk 
Bitki 
qrupları 
Fəsilə 
Cins 
Göbələk növü 
Eudiokot  Platanaceae 
Platanus orientalis L. 
E. platani (Howe) U. Braun & S. Takam. 
Fabid 
Betulaceae 
Alnus glutinosa (L.) 
Gaertn.
 
Phyllactinia alnicola U.Braun 
Carpinus betulus L.
 
Phyllactinia carpini (Rabenh.) Fuss. 
Phyllactinia guttata (Wallr. :Fr.) Lev. 
Fagaceae 
Fagus orientalis Lipsky.
 
Ph. guttata (Wallr. :Fr.) Lev. 
Ph. orbicularis (Ehrenb.) U. Braun 
Quercus castaneifolia 
C.A.Mey., 
Q. macranthera Fisch. et. 
C.A.Mey., Q. robur L., 
Q. iberica M.Bieb.
 
E. alphitoides (Griff. & Maubl.) U. Braun 
& S. Takam. 
 
Quercus iberica M.Bieb.
 
E. hypophylla (Nevod.) U. Braun & 
Cunnington 
Q. pubescens Willd.,  
Q. macranthera Fisch. et. 
C.A.Mey., Q. robur L., 
Q. iberica M.Bieb. 
Oidium alphitoides Griff. & Maubl. 
 
 
Q. iberica M.Bieb. 
 
Ph. angulata (E.S. Salmon) S.Blumer var. 
angulata 
Ph. roboris (Gachet) S. Blumer 
Castanea cativa Mill.
 
E. alphitoides (Griff. & Maubl.) U. Braun 
& S. Takam. 
Salicaceae 
Salix caprea L. 
E. adunca (Wallr.) Fr. var. adunca 
Ulmaceae 
Ulmus densa Litv.,  
U. glabra Huds.
 
E. ulmi Castagne var. ulmi 
U. foliaceae Gilib. 
E. ulmi var. ulmi-foliaceae 
U. densa Litv
U. minor Mill. 
Ph.angulata (E.S. Salmon) S.Blumer var. 
ulmi U.Braun 
Lamid 
Oleaceae 
Fraxinus excelsior L. 
E. fraxinicola U. Braun & S. Takam. 
F. excelsior L. 
F. sogdiana Bunge.
 
Phyllactinia fraxini (DC.) Fuss. 
Malvid 
Lythraceae 
Lagerstroemia indica 
(L.) Pers. 
E. australiana (McAlp.) U. Braun & S. 
Takam. 
Sapindaceae  Acer campestre L. 
Oidium aceris Rabenh. 
Acer pseudoplatanus L., 
A. platanoides L.,  
A. tataricum L., 
A. campestre L.,  
A. negundo L.
 
Sawadaea bicornis (Wallr. : Fr.) Homma  
 
Acer campestre L.
 
Sawadaea tulasnei (Fuckel) Homma 
 
AMEA  Botanika  İnstitutunun  mikoloji  herbarisində  saxlanılan  və  yeni  toplanmış  nümunələrin 
analizi göstərir ki, meşə ağaclarını yoluxduran unlu şeh göbələklərinin vegetasiya müddəti əsasən may 


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
19 
ayından noyabr ayına kimi davam edir. Lakin bu göbələklərin ən çox rast gəlmə vaxtı iyun-oktyabr 
aralığında olur. Meşə ağaclarını yoluxduran Erysiphe cinsinin nüməyəndələrinə aranda may ayından 
başlayaraq rast gəlinir. Noyabr ayından etibarən onların miqdarı azalmağa başlayır ki, bu da təbiətdə 
xəzan dövrü ilə  əlaqədardır.  Oidium  cinsinin  respublika  ərazisində meşə  ağaclarından palıd  üzərində 
yayılan  O.  alphitoides  və  ağcaqayını  yoluxduran  O.  aceris  növlərinin  daha  çox  rast  gəlindiyi  vaxt 
iyulun  ikinci  dekadasından  sonradır.  Bu  cins  Sawadaea  bicornis  göbələyinin  anamorf  mərhələsidir. 
Respublika ərazisində ağcaqayın cinsinin müxtəlif növlərini yoluxduran Sawadaea cinsinin növlərinə 
(S. bicornis və S. tulasnei) iyul ayından başlayaraq rast gəlinir. 
Unlu şeh göbələklərinin yoluxdurduğu sahib bitki sırasının araşdırılması göstərir ki, bu göbələklər 
daha çox Fabidlər qrupuna daxil olan Fagaceae fəsiləsi nümayəndələrində geniş yayılmışdır (Cədvəl). 
Belə  ki,  digərləri  ilə  müqayisədə  yeddi  göbələk  növünün  yoluxdurduğu  bitkilər  məhz  bu  fəsiləyə 
aiddir.  Fabidlər  qrupuna  aid  Betulaceae  fəsiləsin  iki  cinslə  təmsil  olunan  növləri  unlu  şeh 
göbələklərinin üç növü üçün, bir cinslə təmsil olunan Ulmaceae fəsiləsinin növləri isə bu göbələklərin 
bir növü və iki növdaxili taksonu üçün sahib bitki rolunu oynayır. Cədvəldən göründüyü kimi, daha 
çox  sayda sahib  bitki  növləri Fabidlər qrupunda  təmsil  olunmuşdur. Eudiokotlar qrupuna daxil olan 
Platanaceae,  Fabidlər  qrupuna  daxil  olan  Salicaceae  və  Malvidlər  qrupuna  daxil  olan  Lythraceae 
fəsilələrinin  hər  birinə  aid  yalnız  bir  bitki  növü  üzərində  səciyyəvi  unlu  şeh  göbələk  növü  qeydə 
alınmışdır. Malvidlər qrupu unlu  şeh göbələkləri üçün sahib  bitki  sırası  kimi  ikinci  yerdə durur.  Bu 
qrup  hər  birində  bir  cins  olmaqla  iki  fəsilə  ilə  təmsil  olunur.  Bu  fəsilələrdən  yalnız  Sapindaceae 
fəsiləsinə  daxil  olan  Acer  cinsi  üzərində  üç  unlu  şeh  göbələk  növü  müşahidə  edilmişdir.  Beləliklə, 
respublika  ərazisində  unlu  şeh  göbələkləri  dörd  sahib  bitki  qrupuna  aid  8  fəsilə,  11  cins,  23  növlə 
təmsil  olunan  meşə  ağaclarında  aşkar  edilmişdir.  Bunlardan  Quercus  (5)  və  Acer  (6)  cinsləırinin 
nümayəndələri unlu şeh göbələklərinə daha həssasdırlar.  
Yeni  toplanılan  və  herbaridə  saxlanılan  nüsxələrin  araşdırılması  nəticəsində  respublika  ərazisinin 
müxtəlif regionları üzrə unlu şeh göbələklərinin yayılması tədqiq olunmuşdur. Tədqiqat nəticəsi kimi 
aşağıda verilən sıralama tərtib edilmişdir. 
 Azərbaycanın fiziki-coğrafi rayonları üzrə unlu şeh göbələklərinin yayılması. 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin