AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
119
XÜLASƏ THYMUS VULGARIS L. növünün fotokimyəvi və antioksidant xüsusiyyətlərinin qiymətləndirilməsi Rəhim Əlimohəməadi,
*
Əzita Rəxşəndeö
*
, Şiva H. Asbaghian
*
, Eldar N. Novruzov
İslam Azad Universiteti, Miyaneh, Iran
*
AMEA Botanika İnstitutu,
Thymus vulgaris L. Lamiacea fəsiləsinə aid çoxillik köl bitkisidir. Fitokimyəvi və antioksidant
xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə Ghaflan kouh və Bozghoosh regionları Miyaneh
Azərbaycanın şərq hissəsindən 2014 ildə bitkinin yerüstü hissəsi çiçəkləmədən əvvəl və çiçəkləmə
vaxtı toplanmışdır. Sonra havada qurudulmuş bitkinin çiçəkli budaqları Britaniya farmokopeyasının
qəbul etdiyi Klevendjer tipli apparatda hidrodistillyasiya aparılıb.Efir yağları GC-FID və GC-MS
analiz olunub. Ghaflan kouh –da toplanmış bitkilərdə ümumi yağın miqdarı quru çəkiyə görə 2.25%,
2.00% və 2,50% (w/w) olduğu halda, Bozghoosh-dan toplanan bitkilərdə 1.50%, 1,40% və 2,00% faiz
təşkil etmişdir. Otuzuncu, on sekkizinci və otuz birinci komponentlər Ghaflan kouh və Bozghoosh
regionlarında toplanmış bitkilərdə timol, branol və p-cymene yüksək konsentrasiyaya malik üç əsas
maddələrdir. Ghaflan kouh –dan yığılmış ekzemplər efi yağının keyfiyyətinə görə və zəngin tərkibinə
görə tibbdə istifadəsi tövsiyyə edilir. Açar sözlər: Thymus vulgaris, efir yağı, timol, bronol, antioksidant.