Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə241/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   237   238   239   240   241   242   243   244   ...   339
Açar sözlər: tozcuq, həyati qabiliyyət, morfologiya, saxaroza. 
 
Əhalinin  sürətlə  artdığı  muasir  dövrdə  insanların  ərzaq  məhsullarına  olan  təlabatını  ödəmək 
ücün alimlərin qarşısında böyük vəzifələr durur. Bu vəzifələrdən biri də meyvə bitkilərinin keyfiyətli 
bir şəkildə artırılmasıdır. Bu meyvələrdən ən cox istifadə olunan alma bitkisidir. Ona görə də tədqiqat 
işimizdə alma bitkisinin tozcuqlarını öyrənməyi qarşımıza məqsəd qoyduq. 
Tozcuqların  quruluşu  və  həyati  qabiliyyəti  müxtəlif  alimlər  tərəfindən  tədqiq  olunmuşdur. 
A.V. Doroşenkoya [1] görə tozcuqlar çox  yüksək temperaturda  yacücərmir,  ya da anormal  formada 
cücərir.Y.S.  Modilevskiyə  [3]    görə  quru  alma  tozcuğu  aşağı  temperaturda  təxminən  5  ay  həyati 
qabiliyyətini saxlaya bilir.Kapilaya [6] görə tozcuqlar həyati qabiliyyətini 10 günə qədər saxlayır. A.İ. 
Uskova  [6]  görə  təbii  şəraitdə  dişiciyə  düşən  tozcuq  borusu  36  saata  qədər  uzana  bilər.  Aşağı 
temperaturda isə hətta 10 günə cücərir və  ya cücərmir. L.M. Yaremenkoya [7] görə tozcuqlar həyati 
qabiliyyətini 30-49 gün, dişiciklər isə 5 gün öz həyati qabiliyyətini axlayır. İ.N.Dyakova[2] görə alma 
növlərinin  tozcuqları  hamısı  üçbucaq  şəklindədir,  lakin  ölçüsünə  və  rənginə  görə  fərqlənirlər. 
K.Sorkuna  [8]  görə  tozcuqların  rəngi  açıq  sarı,  dadı  ləzzətli,  çiçək  kimi  ətirlidir,  güclü  kristallaşma 
qabiliyyətinə  malikdir.Y.Şarifiyə  [9]  görə  tozcuqların  həyati  qabiliyyəti  müxtəlif  növlərdə  fərqlidir. 
Hətta  eyni  çiçəyin  tozcuqları  müxtəlif  vaxtda    cücərə  bilər.Tozcuqlar  tək  hala  nisbətən  qrup  halında 
daha  yaxşı  cücərir.İ.V.Miçurin  adına  MDAU  Meyvə-trəvəzçilik  şöbəsində  müəyyən  olunmuşdur  ki, 
alma tozcuğu fevrala qədər həyati qabiliyyətini 50-70% saxayır, aprelə doğru isə bu göstərici azlalaraq 
15-20%-ə düşür [5]. 
Tozcuqların  morfolojiquruluşunun  və  həyati  qabiliyyətinin  tədqiqi  sistematiklər  üçün  böyük 
əhəmiyyətə  malik  olub,  xüsusilə  introduksiya  işlərində  ayrı-ayrı  növlərin  təyinində  xüsusi  rola 
malikdir.  Tozcuqların  keyfiyyətinin  müəyyən  edilməsitozlanmanın  və  çiçəkləmə  biologiyasının 
öyrənilməsində  də  əhəmiyyətlidir.  Tozcuğun  keyfiyyət  göstəricilərindən  biri  onun  həyati 
qabiliyyətidir.  Seleksiya  işlərində  hibridləşmə  üçün  seçilmiş  materialların  nə  qədər  saxlana  bilməsi 
haqqında məlumat verir. Bunları nəzərə alaraq tərəfimizdən Abşeron şəraitində nedzvetski almasının 
tozcuğunun morfoloji quruluşu və həyati qabiliyyəti öyrənilmişdir.  
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin