NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ Hazırlanmış preparatlara mikroskop altında baxdıqda müəyyən olunmuşdur ki, fertil tozcuqlar
asetokarminlə yaxşı rənglənmişdir. Belə tozcuqların sitoplazması çəhrayı, generativ hüceyrələrinin
nüvəsi isə solğun-qırmızı rənglənmişdir. Steril tozcuqlar rənglənməmişdir, onlar sarımtıl rəngdə
qalmışdır. Tozcuqlarınforması uçbucaqşəkilli, rəngi açıq sarı, ölçüsü 12 mkn olub, xaricdən ekzina
qatı ilə örtülmüşdür. Bu qatın hesabına tozcuqlar ətraf mühitin qeyri-əlverişli şəraitinə qarşı
davamlılığını və həyati qabiliyyətini saxlayır.
Tozcuqların həyati qabiliyyətini öyrənən zaman məlum olmuşdur ki, təzə yığılan tozcuqların
cücərmə qabiliyyəti ilə uzun müddət 2-5
0
C temperaturda soyuducuda saxlanmış tozcuqların cücərmə
qabiliyyəti arasında demək olar ki, fərq olmamışdır. Lakin saxarozanın qatılığından (10%, 15%, 20%)
asılı olaraq tozcuqların cücərmə qabiliyyəti müxtəlif olmuşdur. Fertil tozcuqların da hamısı cücərmə
qabiliyyətinə malik olmamışdır. Tozcuqlar saxarozanın 15%-li və 20%-li məhlullarında cücərmə
vermişdir, 10%-li məhlulda isə cücərmə müşahidə edilməmişdir. Tozcuqların cücərməsi onların
həcminin böyüməsi, nəticədə qidalı mühitdə protoplazmanın şişməsi ilə baş vermişdir. Tozcuqlarda
bir neçə qabarma yerinin əmələ gəlməsinə baxmayaraq yalnız bir ədəd tozcuq borusu əmələ gəlmişdir.
Tozcuq borusu tozcuq dənəsinin daxili intina qatı hesabına uzanmağa başlamışdır. Borunun içərisində
vegetativ və generativ nüvələrin hərəkəti müşahidə edilmişdir. Təbii şəraitdə tozcuq borusunun
böyüməsi onun mikropileyə çatmasına qədər davam edir.
1