Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə251/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   247   248   249   250   251   252   253   254   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
142 
əsasən meşə massivlərində yol kənarlarında əkilmişdir və ərazidə uğurla inkişaf edir.  
Eriobotrya  japonica  (Thunb.)  Lindl.,  -  yapon  eriobotriyasının  meyvələrinin  erkən  yetişməsi,  bol 
məhsuldarlığı,  tez bir zamanda  boy  atıb  artım  verməsi və  xüsusiyyətləri  bu növün  cənub  bölgəsinin  fərdi 
təsərrüfatlarında çox sürətlə yayılmasına səbəb olmuşdur.   
Acacia
 
dealbata
 
Link., - gümüşü akasiya və yaxud xalq arasında mimosa kimi tanınır. Adətən, idarə 
və müəssələrin həyətlərində becərilir. Ötən əsrin 70-80 -ci illlərində Rusiya şəhərlərində çiçəklərnin 8 mart 
ərəfəsində hədiyyə qismində satılması şəxsi təsərrüfatlarda qısa müddətdə geniş surətdə əkilməsinə səbəb 
olmuşdur. Ancaq 90-cı illərdən bu bitkiyə maraq getdikcə azalmağa başlamış, hazırda yaşıllıqlarda az-az rast 
gəlinir.   
Amorpha  ftruticosa  L.  –  kolşəkilli  amorfa,  ötən  əsrin  əvvəllərindən  bölgəyə  gətirilməsinə 
baxmayaraq, demək olarki, suvarma məqsədilə yaradılmış iri kanal və süni göllərin ətrafında yabanılaşmış 
formada ərazini zəpt etmişdir.   
Robina pseudoacacia L., - ağ akasiya, əsasən qələvi xassəli torpaqlarda yaxşı bitir. Yüksək dekorativ 
xüsusiyyətlərinə görə kəndlərdə, şəxsi təsərrüfatlarda yaşıl çəpər kimi və balverən bitki olduğundan əsasən 
arıxanaların ətrafında becərilmişdir. Təəssüf ki, son zamanlar tədricən digər növlərlə əvəzlənir. 
Ligustrum  japonicum  Thunb.-  yapon  birgözü,  əsasən  dekorativ  bitki  kimi,  çay  plantasiyalarının 
ərtafında külək erroziyasına qarşı və yaşayış məntəqələrində yaşıllaşdırma məqsədi ilə əkilmişdir. Meyvələri 
qış aylarında, xüsusən qarlı günlərdə, quşların qida ehtiyaclarını təmin edir və bu da münbit torpaqlı çay 
plantasiyalarında  bu  bitki  növünün  təbii  səkildə  sürətlə  yayılmasına  səbəb  olur.  İstifadəsiz  qalmış 
torpaqlarda, böyürtikan kolluqlarında, meşə ətrafı kolluqların tərkibində təbii şəraitdə bitir.  
Catalpa  bignonioides  Walf.  –  katalpa,  dekorativ  bitkilər  kimi  parklarda  və  şəhər  küçələrində 
əkilmişdir, çox gözəl çiçəklərə malikdir. Tədricən digər növlərlə əvəzlənir. 
Lənkəran ərazisinə gətirilmiş evkalipt - Eucalyptus cinerea F. Muell ex Benth. növü bir neçə yerdə 
əkilmişdir.  Müşahidə  üçün  onlar  indiki  Xanbulan 
kəndində  Hirkan  sahəsində  və  buraya  yaxın  ərazidə 
yerləşən  çay  plantasiyalarin  birində  külək  eroziyasına 
qarşı sipər kimi və bir necə rütubətin bol olduğu yerlərdə 
əkilmişdir.  Demək  olar  ki,  bütün  yerlərdə  çox  gözəl 
inkişaf etmişdir. Amma, sonradan onların bir qismi 1969 
-cu,  bir  qismi  də  1986  -cı  illərdə  qışın  kəskin  soyuq 
aylarında şaxtalara tab gəlirməyib tələf olmuşdur. Amma, 
sonrakı  illərdə  sağ  qalmış  köklərdən  pöhrələr  yenidən 
bəzi  ağacların  bərpa  olmasına  şərait  yaratmışdır.  Köhnə 
ağacların  toxumlarından  istifadə  edərək,  tingliklərdə 
onları becərməyə başlamış və  yenidən müxtəlif  yerlərdə 
əkmişlər.  Bəzi  insanlar  ticatət  məqsədi  ilə  öz  şəxsi 
təsərrüfatlarında  da  bu  bitkini  becərmişlər.  Bir  neçə  il 
geniş vüsət almış bu iş sonradan alıcı qıtlığına görə dayanmışdır. 
 
Cedrus deodara (Roxb.) G.Donfil. – Himalay sidri. 
Lənkəran çay filialında çay plantasiyasının qarşısında 10-12 
m hündürlükdə diametri 20-25 sm olan sıra ilə əkilmiş çoxlu 
Himalay sidri normal vəziyyətdə inkişaf edir. Tuxum verir. 
Bitkiçilklə məşğul olan yerli bağbanlar onların toxumlardan 
alınan fidanları komersiyya məqsədi ilə artırırlar. 
 
Cedrus  atlantica  Manetti  –  Atlas  sidri.  Lənkəranda 
mərkəzi  şəhər  xəstəxanasının  bağında  bir  ədəd  yaşlı  atlas 
sidri var. Meyvələnir. Amma, təbii artıma rast gəlinmir.  v 
 
Picea  pungenus  Engelm  –  Tikanlı  küknar. 
Lənkəranda  fərdi  həyətdə  becərilir.  Lənkəranda  İcra 
aparatının həyətində əkilmişdir, normal inkişaf edir. 
Cryptomeria 
japonica 
 
Don. 
– 
Yapon 
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin