Açar sözlər: dekorativ, cənub bölgəsi, bitki, iynəyarpaqlı
Azərbaycanın cənub bölgəsinın təbii imkanlarına görə daha çox subtropik və quru subtropik iqlimə
malik olması buraya gətirilmiş müxtəlif ağac, kol və lian növlərinin müvəffəqiyyətlə inkişaf etməsinə şərait
yaratmışdır. Cənub bölgsi rayonlarında Lerik rayonunun yüksək dağlarında ardıcdan (Juniperis) başqa təbii
formada demək olar ki, heç bir iynəyarpaqlı biki bitmir. Amma, hələ 1900-cü ildən başlayaraq Lənkəran
rayonunda Hirkan sahəsi adlanan ərazidə dünyanın müxtəlif ölkələrindən gətirilmiş müxtəlif ağac, kol və
lian növlərinin arasında çoxlu sayda iynəyarpaqlılar da təcrübə-sınaq məqsədi ilə əkilmişdir. Sonradan bu
ərazidə Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnsitutunun Lənkəran filialı yaradılmış və əkilmiş
bitkilər ətraflı olaraq tədqiq olunmuşdur. Burada müxtəlif iynəyarpaqlı ağaclar da daxil olmaqla əkilmiş bitki
növlərinin bir qismi hələ də mövcuddur.