AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
145
OKSĠDLƏġDĠRĠCĠ STRES ZAMANI FSII AKTĠVLĠYĠNƏ XLORAMFENĠKOLUN TƏSĠRĠ
CƏFƏROVA C
.
R
,
QƏNIYEVA R
.
Ə
,
BAYRAMOVA S
.
Ə
,
ZEYNALOVA
N.
*
AMEA BOTANIKA INSTITUTU
,
BAKI DÖVLƏT UNIVERSITETI
*
Xloramfenikolla işlənmiş balqabaq bitkisinin yarpaqlarında (Cucumbita pepo L.) xlorofil a- nın millisaniyə gecikmiş flüoressensiyanın fazalarının aktivliyinin dəyişməsi in vivo olaraq tədqiq olunmuşdur. Xlorofil a-nin millisaniyə gecikmiş flüoressensiyasının flüoresent xarakteristikası göstərmişdir ki, xloramfenikolun adaptasiyası zamandan asılı olaraq yüklərin ilkin parçalanma prosesini və FSII elektron nəqliyyat zəncirində Q A ilkin xinon akseptorunun elektronları ötürmə stabilliyini zəiflədir. Metilviologenin iştirakı xloramfenikolun təsirini dəf edərək FSII aktivliyinin güclü itirilməsinə gətirib çıxarır. MV təsiri nəticəsində yaranan ROF çoxalması xloramfenikolun təsirini gücləndirmişdir və FSII aktivliyinin tamamilə itməsinə gətirib çıxarmışdır. Güman olunur ki, xloramfenikol oksidləşdirici stres nəticəsində zədələnmiş D 1 zülalının de novo əmələ gəlməsinin qarşısını alır. Bu isə FS2 reaksiya mərkəzinin inaktivasiyası və yeni mərkəzlərin sintezi arasında tarazlığın pozulmasına gətirib çıxarır.