ġək. 2. Eucalyptus cinerea F. Muell ex Benth.
ġək. 3. Cedrus deodara (Roxb.) G.Donfil
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
143
kriptomeriyası. Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnsitutunun Lənkəran çay filialının həyətində
hündürlüyü 12-15 metr, diametri 35-45 sm olan 6-7 ağac vardır. Normal inkişaf edir, qozameyvə verir. Süni
şəraitdə normal cücərti verir. Rayon ərazisində bəzi köhnə (o cümlədən Hirkan qəsəbəsində) çay
plantasiyalarının külək erroziyasından qorunması üçün salınmış zolaqlarda 40-ci illərin sonunda
yaşıllaşdırma məqsədi ilə əkilmişdir. Hazırda tək-tək rast gəlinir.
Juniperis virginiana L. – Virginiya ardıcı. Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnsitutunun
Lənkəran çay filialının təcrübə sahəsində hündürlü 28 metr, diametri 46 sm olan 1 ağac vardır. Normal
inkişaf edir, meyvələnir. Süni şəraitdə normal cücərti verir.
Biota orientalis (L.) Endl. – Şərq səlbi (şərq tuyası). Lənkəran rayonunu əksər yerlərində xüsusən
dövlət müəssələrinin həyətlərində yaşıl çəpər formasınfa geniş istifadə olunmuşdur. Son illərdəki
yenidənqurma nəticəsində onların digər növlərlə əvəz olunması müşahidə olunur. Hal-hazırda Lənkəran çay
filialının həyətində yaşıl çəpər kimi becərilir.
Cupressus sempervirens L. – Adi sərv. Bu ağac növü qoruyucu zolaqların salınmasında geniş istifadə
olunur. Sərv ağacının (Cupressus sempervirens f. horizontalis Mill.) horizontal forması Lənkəranda Qala
mehmanxanasının qarşısında dekorativ bitki kimi əkilmişdir. Burada o normal inkişaf edir. Lənkəran rayonu
Bürcəli kəndində 90-100 illik ehramvari sərv (Cupressus sempervirens f. pyramidalis Targ.) ağaclarına rast
gəlmək olur. Lənkəran çay filialında 1934 –cü ildə 100-lərlə pehramvari sərvdən ibarət xiyaban salınmışdır.
Hal-hazırda həmin ağacların bir qismi yerində durur, əksəriyyəti müxtəlif illərdə yağmış qar və ya əsən güclü
küləklərin təsirindən yıxılmış və ya sınaraq sıradan çıxmışdır. Nəticə etibarı ilə digər ağaclarla əvəz
olunmuşdur. Digər formalarına Lənkəran rayonunun bütün yaşıllıq ərazilərində həmçinin Bakı - Astara
magistralı boyu rast gəlmək olur.
Cupressus macrocarpa Hartw. – İrimeyvəli sərv. Astara rayununda Kijəba kəndi ərazisində çay
plantasiyasının qoruyucu zolağında və magistral yolunun qıraqlarında tək-tək rast gəlinir.
Cupressus lusitanica Mill. – Lənkəran rayonun Hirkan qəsəbəsindən düzən meşəyə gedən yolun sol
tərəfində yerləşən köhnə çay plantasiyasının və Bürcəli kəndi istiqamətdə əvvəllər 10 və 11- ci çay
plantasiyalarını ayıran qoruyucu zolaqda və həmçinin Bakı – Lənkəran magistral yolunun kənarında (275 -ci
km) yaşıllaşdırma məqsədi ilə 50-ci illərdə əkilmişdir. Hazırda bu ağaclardan bir neçə nüsxə salamat
qalmışdır. Toxum verməsinə baxmayaraq təbii bərpası müşahidə olunmamışdır.
Cupressus arizonica Grene. – Arizona sərvi. Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər
İnsitutunun Lənkəran filialının Hirkan sahəsində 30-cu illərdə əkilmişdir. Sonradan bir sıra qoruyucu
zolaqlarda əkilmişdir. Lənkəran rayonunun Bürcəli kəndi ərazisində Bakı-Astara magistral yolunun sol
tərəfində bir neçə ağaca rast gəlinir. Onlardan birinin (ən yaşlısının) hündurlüyü 15 metrədək olub, diametri
75-80 sm -dir. Digər ağaclar isə nisbətən cavandır. Toxum verməsinə baxmayaraq təbii bərpası müşahidə
olunmamışdır.
Pinus pinea L. – İtaliya şamı. Bürcəli kəndində, Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər
İnsitutunun Lənkəran filialının Hirkan sahəsində yaşıllaşdırma məqsədi ilə əkilmişdir. Həmçinin Hirkan
Milli Parkının ofisinin qarşısında diametri 70-75 sm, hündürlüyü 15-16 m olan nüsxəsinə rast gəlinmişdir.
Bitkilərin bəziləri hal-hazırda normal inkişaf edir. Ən yaşlılarının boyu 18-20 metr, diametri 55-65 sm -dir.
Bəzi dağətəyi ərazilərdə də tək-tək rast gəlinir. Rıvinskiy zavodu adlanan yerdə təqribən 0,08 hektar ərazidə
kiçik meşəciyi vardır. Təbii artımı müşahidə olunmamışdır.
Pinus silvestris L. – Adi şam. Hirkan Milli Parkı idarəsinin yerləşdiyi ərazidəki meşəlikdə 50-ci
illərdə əkilmışdir. Bu ağacların bir qismi təbii şəraitdə inkişafını davam etdirir. Bir qismi isə müxtəlif illərdə
sıradan çıxmışdır. Təbii bərpa yox dərəcəsindədir. Vaxtilə bu ərazilərdə olan çay plantasiyalarının külək
eroziyasından qorunması üçün əkilmmişdir. Təəssüf ki, çay plantasiyalarının sıradan çıxması, bir çox
hallarda qorunma zolaqlarının da sıradan çıxmasına gətirib çıxarmışdır. Amma, yenə də bəzi meşə
zolaqlarında rast gəlinir.
Pinus pinaster Aiton – Sahil şamı. Demək olar ki, bütün qoruyucu meşə zolaqlarının tərkibində rast
gəlinir. Toxum verməsinə baxmayaraq təbii bərpası müşahidə olunmamışdır.
|