AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
141
keyfiyyətli silaha həmişə ehtiyac duyulmuşdur. Belə ki, iynəyarpaqlı ağacların budaqları ox və yay və digər
silahların hazırlanması üçün çox münasibdir. Yerli ağac növlərdən fərqli olaraq iynəyapaqlılar quruduqda
daha az çəkiyə malik olması ilə yanaşı həm də tərkibindəki qətran onların uzun müddət keyfiyyətili
qalmağına səbəb olur. Bu meşələr şübhəsiz silah-sursat hazırlanması məqsədi ilə becərilmişdir.
1900-cü ildən başlayaraq Lənkəranda indiki Subtropik Bitkilər İnstitutunun çay
filialı yaxınlığında
«Hirkan sahəsi» adlanan əraziyə dünyanın müxtəlif ölkələrindən 150-dən çox ağac və kol növlərini tədqiq
etmək məqsədi ilə introduksiya olunmuş müxtəlif bitkilərdən ibarət dendrari yaradılmışdır. Burada 1926-
1936-cı illər ərzində, Azərbaycan və keçmiş Sovet İttifaqının botanika elminin görkəmli alimləri elmi-
tədqiqat işləri aparmış və elmə çoxlu sayda yeni tövhələr vermişlər. Buraya gətirilmiş bütün bitki növləri
demək olar ki, çox uğurla inkişaf etmiş və mütəxəsislərin rəyinə görə, gətirildiyi arealların müxtəlifliyinə
baxmayaraq, hirkan ərazisinin iqlim şəraiti bütün növdə bitkilərin normal inkişaf etməsinə imkan verir.
Sonrakı illərdə bu bitki növlərinin əksəriyyəti rayonlaşdırılmış, dekorativ növlər kimi şəhərlərin və digər
yaşayış məntəqələrinin bəzədilməsində istifadə olunmuşdur. Bəzi növlər kənd təsərrüfatının inkişafında
mühüm yer tutmuşdur. Həmin bitki növlərinin bəziləri indi də yerli əhali tərəfindən becərilir və satış
məqsədi ilə inkişaf etdirilir. Onlardan; Citrus limon Burm. fil., Citrus unschiu (Swingle) Marc., Citrus paradisi Marc., Citrus sinensis Osbeck, və s Feijoa sellowiana Berg., bölgə rayonlarının kənd təsarrüfatında
strateji məhsullar kimi xüsusi yer tutmağa başlamış, tədqiq olunan ərazinin yaşayış massivlərndə, şəxsi
təsərrüfatlarda indi də geniş tətbiq olunur.
Carya pecan Nutt.– pekan, ötən əsrin əvvəllərində bölgəyə gətirilmiş və 40-cı illərin sonunda yalnız
bir neçə yaşayış məntəqəsində parkların salınmasında istifadə olunsa da, sonradan məlum oldu ki, heç bir
aqrotexniki qulluq göstərilmədən də çox gözəl təbii formada artım verir, inkişaf edir. Əsasən düzən və
dağətəyi ərazilərdə, tarla və əkin yerlərində quşlar vasitəsi ilə yayılır, hətta bir sıra növdaxili məhsuldar
formalar əmələ gətirir.
Dəfnə – Laurus nobilis L., Keçən əsrin 30-50-cı
illərində, yaşıllaşdırmada canlı çəpər kimi və kənd
təsərrüfatında qiymətli ədviyyə
növü kimi xüsusi
plantasiyalarda becərilməsinə baxmayaraq, 90-cı illərdən
sonra geniş becərilməsi dayandırıldı. Indi yalnız bəzi fərdi
təsərrüfatlarda və təsadüfi hallarda istifadəsiz torpaqlarda
rast gəlinir.
Sənayinin inkişafı məqsədi ilə gətirilmiş tunq bitki
növləri- Aleurites fordii Hemsley və Aleurites cordata (Thunb.) R.Br., o zaman yüksək keyfiyyətli texniki yağ
məhsulunun istehsalı məqsədi ilə introduksiya edilmiş bu
növ geniş plantasiyalarda əkilməsinə baxmayaraq hazırda
onlara tək-tək hallarda rast gəlmək olur.
Maclura pomifera (Rafin.) Schneid. – meymunalması, isə ipəkçiliyin inkişafı üçün tut bitkisinə
alternativ növ kimi becərilmişdir. Bu ərazilərdə əsasən, yol qıraqlarında qoruyucu və müəyyən yerlərin
mühafizəsi məqsədi ilə yaşıl çəpər kimi istifadə olunur. Bəzi hallarda meyvələrindən müalicə məqsədi ilə
istifadəsinə cəhd göstərilir. Özünü müasir dövrdə tam doğrultmadığından bu bitki növlərinə yalnız
yabanılaşmış formada rast gəlinir.
İntroduksiya olunmuş bitkilərin arasında bir növ Azərbaycan endemi Pinus eldarica Medw. və bir
növQafqaz endemi Populus gracialis Grossh. mövcuddur. Bu bitki növləri yaşayış məntəqələrində, məktəb,
xəstəxana və dövlət idarələrinin ətrafında dekorativ məqsədlə və külək eroziyasına qarşı parklarda və yol
kənarlarında əkilmişir. Pinus eldarica Medw. – Eldar şamı. Lənkəran rayonun Hirkan qəsəbəsindəki orta
məktəbinin həyətində yaşıllaşdırma məqsədi ilə keçən əsrin 50-ci illərində əkilmişdir. Hazırda bu ağacların
əksəriyyəti müxtəlif səbəblərdən kəsilmişdir. Lənkəran çay filialı ərazisində inzibati binanın qarşısında
yaşıllaşdırma məqsədi ilə əkilmiş bir neçə nümunə hələ də mövcuddur. Toxum əmələ gətirməsinə
baxmayaraq təbii bərpası çox zəifdir.
Platanus orientalis L., - şərq çinarı respublikamızın digər bölgələrində geniş yayılsa da, cənub
bögəsinə yalnız keçən əsrin 70-80 ci illərində Lənkəran Meşə Bərpası Idarəsinin mütəxəsisləri tərəfindən,
ġək. 1. Aleurites cordata (Thunb.) R.Br.