Açar sözlər: fotosistem II, xlorofil a-nın milli saniyə gecikmiş flüoressensiyası, metilviologen,
xloramfenikol.
Stres zamanı ali bitkilərin xloroplastlarının tilokoidlərinin fotosintetik membranı əsas hədəf
sayılır. Abiotik faktorlar bitkilərin fotosintetik prosesinin bütün reaksiyalarını zədələyir və nəticədə
cavab reaksiyası olaraq oksidləşdirici stress əmələ gəlir (12, 2). Oksidləşdirici stresin nəticəsi kimi
lipidlərin peroksidləşməsini, zülalların, nuklein turşularının və tilokoid membanlarının zədələnməsi
nəticəsində fotosintezin aktivliyinin zəifləməsini göstərmək olar (14, 3). Stres şəraitində
xloroplastlarda elektronların daşınması zamanı yaranan reaktiv oksigenin formaları (ROF) toplanaraq
FSII və onun ən həssas hissəsi manqan kompleksi olan Mn
4
O
5
Ca klasterini zədələyir (4, 6, 7, 20).
İntakt hüceyrələrdə FSII zədələnməsi ilə yanaşı onun bərpa olunması baş verir. Bu səbəbdən FSII
aktivliyinin zəifləməsi FSII fotozədələnməsi və bərpası arasında balansın pozulması kimi baxılır
(8,17,19,22,21). FSII bərpa sürətinin zəiflədilməsi D
1
zülalının post transliyasiya mərhələsində de novo sintezinin ingibirləşməsi kimi qiymətləndirilir (5, 18). Zülal sintezinin spesifik ingibitorları bir
sıra müəlliflər tərəfindən öyrənilib. Təcrübə zamanı zülalın sintezi bloklanmazsa D
1
zülalın sürətli
resintezi onun itkisini izləməyi qeyri-mümkün edir (11).
Zülal sintezinin ingibitorlarının köməyi ilə
müəyyən olunub ki, FSI və FSII zülalları fotosintetik aparatı xüsusilə fotoingibirləşmədən müdafiə
etməyə qadirdirlər (16). Ümumiyyətlə tədqiqatlarda xloramfenikol geniş istifadə olunur. Ətraf mühit
stresləri ilə zədələnmədən sonra xloroplastlarda fotosintetik aktivliyin bərpasında yeni sintez olunan
zülallar iştirak edir. Məlumdur ki, xloramfenikol ribosomların 70S subvahidinə birləşərək onun
pepdidil-transferaza aktivliyinin qarşısını alır (15, 9, 10).
Bu tədqiqatda FSII elektron daşıyıcı zəncirinin ROF çoxluğunda xloramfenikolun təsiri
öyrənilib.