Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə96/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   92   93   94   95   96   97   98   99   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
50 
və  lokal  şəkildə  bozqır,  səhra  və  çala-çəmən  qruplaşmalarına  rast  gəlinir.  Müşahidələr  göstərdi  ki, 
ekoloji  və  antropogen  amillərin  təsiri  nəticəsində  bitki  örtüyündə  yovşanlıq  (Artemisieta),  efemerlik 
(Ephemereta),  dəvətikanlıq  (Alhagieta)    üzərriklik  (Peganate)  fitosenozlanda  suksessiya  baş  verir 
və  bitki  qruplaşmalarının  birı    digərı  ilə  əvəz  olunur.  Müəyyənləşdirildi  ki,  ərazidə  geniş  areallı  və 
davamlı fitosenoz yovşanin  (Artemisia fraqrans) üstünlüyü ilə formalaşmış yovşanlıq  formasiyasıdır. 
Tədqiq olunan fitosenozların taksonomik tərkibində yovşanlıq, efemerlik, birillik şorangəlı-efemerlik,  
üzərlikli-dəvətikanlıq, efemerli-yovşanlıq, yovşanlı-efemerli-dəvətitikanlıq qruplaşmaları ərazidə daha 
geniş  sahələrı  tuturlar.  Qeyd  olunan,  fitosenozların  yem  kütləsini  təşkil  edən  bitkilər  müxtəlif  həyat 
formalarından və  yem qruplarından təşkil olunmuşdur.  Onların flora tərkibi qiuymətli  yem bitkiləri 
ilə zəngindir və qış otlağı kimi geniş ıstifadə olunur. 
 
 
ġəkil 2. Şəmkir rayonu Gəncə - Qazax  düzənliyi, yovşanlıq (Artemisieta fragrans)  yarımsəhraları 
 
 Efemerlər  qrupuna  daxil  olan  –  yapon  tonqalotu  (Bromus  yaponicus  Thunb.),  rubens  
anisantası    (Anisanta  rubens  (L.)  Nevski),  bərk  quramit  (Lolium  rigidum  Gaudin),  Şərq  bozağı 
(Eromopurum  orientale  (L.)  Jaub.  et  Spach),  dovşan  arpası  (Hordeum  leporinum  Link),  şübhəli 
vələmir  (Avena  clauda  Durieu.),  efemerlərdən  soğanaqlı  qırtıc  (Poa  bulbosa  L.)  və  lifli  qazsoğanı 
(Gagea  fibrosa  (Desf.)  Schult.et  Schult.fil.)  ərazinin    yarımsəhra  bitkiliyində  dominantlıq  və 
subdominantlıq edirlər. 
  Şorangələr  və  müxtəlifotlar  qrupunda  uzunvegetasiyalı  birillik  şorangələr;  ətli  şorangə 
(Salsola crassa (Bieb.) Botsch.), budaqlı qışotu (Petrosimonia brachiata Pall.) və s.; uzunvegetasiyalı 
birillik  müxtəlifotlardan üzərrik  (Peganum harmala  L),  adi  dəvətikanı  (Alhagi pseudoalhagi (Bieb.) 
Desv.),  yarımkolcuqlardan  iyli  yovşan  (Artemisia  fragrans  Willd)  və  qarağan  (Salsola  dendroides 
Pall.fitosenozların flora tərkibində tez-tez rast gəlirlər.                                                                                                               
Ərazinin  müasir  bitki  örtüyü  üçun  1  bitkilik  tipi,  3  formasiya,  10  assosiasiya 
müəyyənləşdirilməklə, onların taksonomik təsnifatı tərtib və təsvir olunmuşdur:  
Tip: Yarımsəhra 
Formasiya: Artemisieta fragrans 
 Assosiasiyalar:  
Ass. 1. Təmiz  yovşanlıq  (Artemisia fragrans). 
 Ass. 2. Efemerli-yovşanlıq ( Artemisia fragrans + Ephemeretum).  
Ass.3. Dəvətikanlı–yovşanlıq (Artemisia fragrans+Alhagi pseudoalhagi).  
Ass.4.Müxtəlıfotlu-yovşanlıq (Artemisia fragrans+ Xantium strumarium + Senecio vernalis + 
Cartamnus oxyacantus + Capparis spinoza + Centaurea solsitalis) və s. 
Ass.5.  Efemerlı-qarağanlı-yovşanlıq  (Artemisia  fragrans  +  Ephemeretum  +  Salsola 
dendroides). 
Form: Alhagieta psedoalhagi 
Ass. 1. Dəvətikanlıq (Alhagi psedoalhagi) 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin