AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
49
ġƏMKĠRĠN MƏRKƏZĠ HĠSSƏSĠNĠN GƏNCƏ - QAZAX DÜZƏNLĠYĠ BĠTKĠLĠYĠNĠN MÜASĠR VƏZĠYYƏTĠ Mövsümova F.Q.
AMEA Botanika İnstitutu
Məqalədə, Şəmkir rayonunun mərkəzi hissəsinin bitki örtüyünün bioekologiyası, fitosenoloji quruluşu, məhsuldarlığı və onların yem əhəmiyyəti ətraflı səciyyələndirilmişdir. Nəticədə, ərazi üçün 1 bitkilik tipi - yarımsəhra, 2 formasiya və 7 assosiasiya təsvir olunmuş, tövsiyyələr verilmişdir. Açar sözlər: Şəmkir, Gəncə - Qazax düzənliyi, bitkilik, yarımsəhra.
Şəmkir rayonunun şimal-şərq və mərkəzi hissəsi əsasən düzənlik, cənub hissəsi isə dağlıqdır.
Şəmkir AzərbaycandaQazax-Gəncə iqtisadi rayonuna daxildir və onun şimal-qərbində yerləşir.
Ərazisi 1660 min kv. km. əhalisi 205 min nəfərdir. Şəmkir rayonu Göygöl, Gədəbəy, Daşkəsən,
Tovuz, Samux rayonları ilə həmsərhəddir. Rayon mərkəzi Bakıdan 400 km, Dəllər dəmir yol
stansiyasından isə 4 km aralıdır. Rayon ərazisində 1 şəhər, 4 qəsəbə, 66 kənd vardır. Onların bir
hissəsi dağətəyi, bir hissəsi isə düzən ərazilərdə yerləşir.
Rayonun şimal-şərq hissəsini Ceyrançöl, mərkəzi hissəsini Gəncə - Qazax düzənliyi, cənubu
kiçik Qafqazın şimal-şərq ətəkləri tutur.
Rayonun ərazisindən Kür çayı və onun qolları (Zəyəm, Şəmkir, Cəyir) keçir. Relyef
xususiyyətlərinə görə rayonun ərazisi 4 zonaya ayrılır; maili düzənliklər, dağətəyi, orta dağlıq, yüksək
dağlıq.
Rayonun iqlim şəraiti də bu zonalara uyğun olaraq dəyişir. Qışı quraq keçən mülayim isti
yarımsəhra və quru səhra iqlimi üstünlük təşkil edir. Orta temperatur yanvarda -2º S-dən +2º S- dək,
iyulda 24-25º S-dir. İllik yağıntı 300-450 mm-dir. Ərazidə dağ qara, qəhvəyi dağ-meşə, dağ tünd-
şabalıdı, açıq-şabalıdı, boz-qonur səhra və yarımsəhra, allüvial çəmən-meşə torpaqları yayılmışdır.
Ərazidə məhsuldar torpaqların ümumi sahəsi-1245.00 km
2
, kənd təsərrüfatına yararsız
torpaqların sahəsi-415.00 km
2
, heyvandarlıq üçün otlaqların sahəsi - 827.00 km
2
,
əkilmiş torpaqların
ümumi sahəsi -388.00 km
2
, meyvə bağlarının ümumi sahəsi -27.70 km
2
- dir
Müasir ekoloji şəraitdə bitkilikdə vüsət alan deqredasiya və səhralaşma prosesi ilə əlaqədar
Şəmkir rayonunun Mərkəzi hissəsinin Gəncə-Qazax düzənliyinin bitki örtüyünün müasir vəziyyətinin
öyrənilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur və aktualdı.