“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar



Yüklə 9,17 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix13.02.2017
ölçüsü9,17 Mb.
#8408
  1   2   3

“İstehlakçı 

hüquqlarının 

müdafiəsi prioritet 

vəzifəmizdir” 

mövzusunda seminar 

Ağciyər patologiyasına dair 

beynəlxalq konfrans

Ana və uşaq sağlamlığının mühafizəsinə 

həsr edilmiş müzakirə aparılıb

Yunus Emre 

İnstitutunun 

direktoru 

ATU-da 

qonaq olub

Endokrinologiya üzrə 

elmi-praktik seminar

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 04 (1622) 29 fevral 2016 - cı il                           Qiyməti 50 qəpik

ATU-nun Stomatoloji 

Klinikasında tələbələrin 

bilik və bacarıqlarının 

qiymətləndirmə 

meyarlarına həsr edilmiş 

seminar-müşavirə 

keçirilib

 “Orqan transplantasiyası ” mövzusunda  II 

beynəlxalq elmi konfrans

XOCALI SOYQIRIMININ 24-CÜ 

İLDÖNÜMÜ ANILDI

BU  SAYIMIZDA 

Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının 

xatirəsini anma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban 

Əliyeva anma mərasimində iştirak etdilər.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının 

xatirəsinə ehtiramını bildirdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Ad-

ministrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül 

dəstələri qoydular.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, 

nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qır-

ğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzdülər.



Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 24-cü 

ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 

26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə 

ucaldılmış abidənin önünə toplaşmışdı.

2

3

4

4

5

3

5

8

http://www.amu.edu.az

29 fevral  2016-cı il

2

Tədbiri açan ATU-nun rektor əvəzi, 



tədris işləri üzrə prorektor, professor 

Sabir Əliyev ən qəddar və amansız 

terror hadisələrindən biri olan Xocalı 

soyqırımı haqqında danışarkən XX 

əsrdə Azərbaycan xalqının yaşadığı 

faciələri, soyqırımları, qətliamları 

demək olar ki, heç bir xalqın 

yaşamadığını vurğuladı:

  “Xalqımız 

1905  və  1918-ci  illərdə  soyqırıma, 

1948-ci  ildə  deportasiyaya,  1988-

ci  ildə  isə  təkrarən  həm  deportasi-

ya,  həm  də  soyqırıma  məruz  qalıb. 

Bunu  ona  görə  xatırladıram  ki,  bi-

zim xalq çox unutqan xalqdır. Amma 

bəzi  xalqlar,  xüsusilə  ermənilər 

olmayan  hadisələri,  uydurduqla-

rı  yalanları    dünyaya  həqiqət  kimi 

təqdim  etməkdən  çəkinmirlər.    Ona 

görə də bütün başımıza gətirilən bu 

faciələri  indiki  və  gələcək  nəslə  ol-

duğu  kimi  çatdırmaq  borcumuzdur. 

Əgər bunu etməsək, tarix bizi bağış-

lamaz.  Özümüzdən  başqa  heç  kimə 

güvənə bilmərik. Tarix də göstərir ki, 

başqa  yolumuz  yoxdur.  Ümummil-

li liderimiz Heydər Əliyevin daxili və 

xarici  siyasət  xəttini  uğurla  davam 

etdirən Prezidentimizin ətrafında sıx 

birləşməliyik”. 

Son  illərdə  Amerikanın  20-dən 

artıq  ştatında,  bəzi  Avropa,  Şərq 

ölkələrində  Xocalı  soyqırımının  ta-

nınmasını  ölkə  başçısının  apardığı 

uğurlu  xarici  siyasətin  nəticəsi  kimi 

dəyərləndirən  S.Əliyev  işğal  altında-

kı  torpaqlarımızın  tezliklə  milli  or-

dumuzun  gücü  ilə  azad  ediləcəyinə 

inandığını da söylədi.  

Xocalı  faciəsində  həlak  olmuş  in-

sanlar bir dəqiqəlik sükutla anıldıq-

dan sonra tədbir öz işinə davam etdi.

ATU-nun  insan  anatomiyası  ka-

fedranın  professoru  Mübariz  Allah-

verdiyev  bütövlükdə  Azərbaycan 

xalqına  qarşı  yönəldilmiş  Xo-

calı  soyqırımını  öz  ağlasığılmaz 

qəddarlığı və qeyri-insani cəza üsul-

ları  ilə  bəşər  tarixində  bir  vəhşilik 

aktı  kimi  səciyyələndirdi:  “Xoca-

lı  soyqırımı,  eyni  zamanda,  bütün 

bəşəriyyətə qarşı tarixi bir cinayətdir 

-  bu  sözləri  ilk  dəfə  ümummilli  li-

der  Heydər  Əliyevin  dilindən  eşit-

dim. Bu sözlərin mənası çox dərindir. 

Məhz ulu öndər ilk dəfə Xocalı soy-

qırımına  siyasi  qiymət  verərkən  bu 

ifadələri işlətmişdi. Bu ifadələr lako-

nik  şəkildə  həm  Xocalı  soyqırımının 

əsas  mahiyyətini  açıqlayır,  həm  də 

bu  günümüzdə,  gələcəyimizdə  Xo-

calı soyqırımını tanıtmaq, bəşəriyyəti 

erməni  vəhşiliklərindən  qorumaq 

istiqamətində  güclü  projektor  kimi 

yolumuzu işıqlandırır”.

M.Allahverdiyev həmçinin qeyd etdi 

ki, Xocalı sakinlərinə qarşı edilən hü-

cumun  səbəbi  nə  olursa  olsun,  on-

ların heç birinə bəraət qazandırmaq 

olmaz: “Yüzlərlə insan qətlə yetirilib.  

Onların arasında 106 nəfər qadın, 63 

nəfər az yaşlı uşaq, 70 nəfər qoca öl-

dürülüb. 8 ailə tamamilə məhv edilib. 

25 uşaq hər iki valideynini, 130 uşaq 

valideynlərindən  birini  itirib.  Faciə 

baş verən gecə 1275 nəfər dinc sakin 

girov  götürülüb,  onlardan  150-sinin 

taleyi indi də məlum deyil.

1000  nəfərdən  çox  müxtəlif  yaşlı 

dinc sakin aldığı güllə və qəlpə yara-

larından əlil olub”. 

  Öz  ailəsinin,  doğmalarının  ba-

şına  gələn  faciələri  ürək  ağrı-

sı  ilə  yada  salan  M.Allahverdiyev 

Xocalı  sakinlərinin  qəhrəmanlıq 

səhifəsindən  də  söhbət  açdı:  “Dörd 

ildən artıq blokada vəziyyətində olan 

Xocalılar dəfələrlə silahlı erməni qul-

durlarının  hücumlarına  məruz  qal-

dılar. Belə hücumlardan biri 1988-ci 

il sentyabrın 18-də olmuşdu. Mosk-

vadan  televiziya  ilə  xəbər  verilmiş-

di  ki,  Xocalılarla  ermənilər  arasın-

da  qanlı  toqquşma  olub.  Sentyabrın 

19-da qatarla Ağdama getdim, çünki 

Xocalıya  gedən  yollar  bağlı  idi. 

Xocalıya getmək üçün bir gürcü 

hərbçisinin BTR-ini gözləməli ol-

dum. Ağdamda dedilər ki, yalnız 

o,  hərdənbir  Xocalıları  Ağdam-

dan  Xocalıya  gizlin  aparır.  Xo-

calıya çatanda gürcü hərbçi lükü 

açıb məni düşürdü. 19-u axşam 

Həsən  Həsənov  da  vertolyotla 

Xocalıya  gəlmişdi.  Həmin  gün 

5-6  min  erməni  Xankəndində 

mitinq  keçirdikdən  sonra  Xocalıya 

hücum  etmək  və  kəndi  yandırmaq 

qərarına  gəlmişdilər.  Xocalılar  qəfil 

hücumu gözləməsələr də, ermənilərlə 

əlbəyaxa  döyüşdən  qalib  çıxmışdı-

lar.  Bundan  sonra  ermənilər  Xoca-

lıya  hücum  etməyə  cürət  etmirdilər. 

Bu,  Xocalıların  ilk  qalibiyyəti  idi.  Bu 

qalibiyyət  tarixə  düşüləsi,  gələcək 

nəsillərə çatdırılası bir qalibiyyət idi”. 

Ulu  öndərin  apardığı  siyasətin  son 

illər Xocalı soyqırımını tanıtmaq yo-

lunda daha inamlı şəkildə yerinə ye-

tirildiyini  söyləyən  M.Allahverdiyev 

bu istiqamətdə Heydər Əliyev Fondu-

nun vitse-prezidenti Leyla Əliyevanın 

möhtəşəm  işlər  gördüyünü,  bu  ya-

xınlarda çəkilişi tamamlanan “Sonsuz 

dəhliz” sənədli filminin dünyanın bir 

çox ölkələrində nümayiş etdirildiyini 

dedi. 


Daha sonra ATU-nun ictimai fənnlər 

kafedrasının  müdiri,  professor  Qoş-

qar  Əliyev  çıxış  edərək  bildirdi  ki, 

Xocalı soyqırımı XX əsrin sonu üçün 

ilk  soyqırım  deyil:  “Düzdür,  bütün 

əvvəlki soyqırımların ən dəhşətlisidir. 

Burada  insanlara  qarşı  edilən  rəftar 

heç  bir  müharibə  qanunlarına  tabe 

deyil. Müharibənin də, işğalın da öz 

qanunları var”. 

Xocalıda  törədilən  vəhşiliklərin 

hətta erməni yazıçılarının əsərlərində 

təsvir  olunduğuna  dair  nümunələr 

gətirən  natiq  bu  soyqırımı  eyni  za-

manda  arxeloji  baxımdan  zəngin 

olan  qədim  yaşayış  məskənindən 

xalqımıza məxsus tarixi mədəniyyət 

abidələrinin  izini  silmək  cəhdi  kimi 

dəyərləndirdi. 

“Hazırda  60-dan  çox  ölkədə 

yüzlərlə könüllünün iştirakı ilə uğur-

la  davam  etdirilən  “Xocalıya  ədalət” 

beynəlxalq  informasiya  və  təşviqat 

kampaniyası  bu  işə  öz  töhfəsini 

verməkdədir”  –  deyən  ATU-nun          

II müalicə və profilaktika fakültəsinin 

IV  kurs  tələbəsi  Xatın  Məmmədova 

bildirdi  ki,  biz  gənclər  görünməz 

həqiqətlərimizi bütün dünyaya tanı-

dacaq,  eşidilməyən  haqq  səsimizin 

eşidilməsinə  nail  olacağıq.  Qaraba-

ğımızı geri qaytaracağıq. Milyonlarla 

Azərbaycan gənci inanır ki, günahsız 

yerə  qətlə  yetirilmiş  soydaşlarımızın 

qanı yerdə qalmayacaq. 

Azərbaycan  xalqının  qan  yadda-

şı  olan  Xocalı  faciəsi,  ermənilərin 

zaman-zaman 

xalqımıza 

qar-


şı  törətdikləri  vəhşiliklər  və  soy-

qırımı  ilə  bağlı  həqiqətlərin  dün-

ya  ictimaiyyətinə  çatdırılması  üçün 

görülməsi  vacib  olan  işlərdən  da-

nışan  natiqlər  ölkə  rəhbərliyinin 

qətiyyəti ilə Xocalının azad olunacağı 

günü  səbirsizliklə  gözlədiklərini  və 

bu  günün  tezliklə  gələcəyinə  əmin 

olduqlarını bildirdilər.

Heç  vaxt  unutmamalıyıq  ki,  Xocalı 

soyqırımı  200  ildən  artıq  müddətdə 

erməni  millətçiləri  tərəfindən  xalqı-

mıza  qarşı  aparılan  etnik  təmizləmə 

və  soyqırımı  siyasətinin  qanlı 

səhifəsidir. 1992-ci il fevralın 25-dən 

26-na keçən gecə Dağlıq Qarabağda 

erməni  quldur  birləşmələri  keçmiş 

sovet ordusuna məxsus 366-cı alayın 

əsgər  və  zabitləri  ilə  birlikdə  7  min 

nəfərədək əhalisi olan Xocalı şəhərini 

yerlə-yeksan  edib,  dinc  əhalini, 

xüsusilə uşaqları, qadınları, qocaları, 

ağlasığmaz vəhşiliklə öldürüblər.

Rəsmi  məlumatlarda  göstərilir  ki, 

Xocalı  soyqırımı  zamanı  613  nəfər 

vəhşiliklə,  amansızcasına  qətlə  yeti-

rilib.

Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

XOCALI SOYQIRIMININ 24-CÜ İLDÖNÜMÜ ANILDI

F

evralın 23-də Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 

24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.


29 fevral  2016-cı il

http://www.amu.edu.az

3

Fevralın 19-da Azərbaycan Tibb 

Universitetinin Tədris Cərrahiyyə 

Klinikasında Türkiyənin İnönü 

Universiteti ilə ATU – nun birgə təşkil 

etdiyi “Orqan transplantasiyası” 

mövzusunda II beynəlxalq elmi 

konfrans keçirildi.

Konfrans  iştirakçıları  ilk  öncə    bu 

günlərdə qardaş Türkiyədə baş ver-

miş terror aktında həlak olan insan-

ların xatirəsini bir dəqiqəlik sükutla 

yad etdilər. 

Tədbiri  giriş  sözü  ilə  açan  ATU-

nun  rektor  əvəzi,  tədris  işləri  üzrə 

prorektor,  professor  Sabir  Əliyev 

universitetimizin    ənənəvi  ola-

raq  bir  çox  beynəlxalq  əhəmiyyətli 

konfrans,  konqres  və  simpozium-

lara  ev  sahibliyi  etdiyini  vurğula-

dı,  bu  istiqamətdə  aparılan  işlər 

üçün  əlverişli  şəraitin  yaradıldığını 

diqqətə çatdırdı. 

Mövzunun  aktuallığından  bəhs 

edən    S.Əliyev  orqan  nəqlinin  son 

illərdə dünyada və ölkəmizdə geniş 

vüsət  aldığını  bildirdi:  “Bu  gün  or-

qan  transplantasiyası  inkişaf  etmiş 

ölkələrdə olduğu kimi ölkəmizdə də 

tibbi xidmətin ayrılmaz bir hissəsini 

təşkil  edir.  Artıq  xəstələrimiz  or-

qan  transplantasiyası  üçün  xaricə 

üz  tutmur.  Son  dövrlər  ölkəmizdə 

səhiyyənin  başqa  sahələri  kimi  or-

qan  köçürülməsi  işində  də  uğur-

lu  nailiyyətlər  əldə  olunub.  Bizim 

hal-hazırda  Tədris  Cərrahiyyə  Kli-

nikasında bu istiqamətdə ciddi işlər 

gedir. Bir neçə il bundan qabaq bi-

zim  mütəxəssislərimiz  Türkiyənin 

bir sıra universitetlərinə getdilər və 

orada böyük təcrübə toplayaraq kli-

nikalarımıza qayıdıblar”.

  Universitet  klinikalarının  son  

illər  ən  müasir  tibb  avadanlıqla-

rı ilə təchiz olunduğunu qeyd edən 

prorektor    orqan  transplantasiyası 

sahəsində  yüksək  səviyyəli  kadr-

ların  hazırlanmasında      qardaş 

Türkiyənin bu sahə ilə məşğul olan 

mütəxəssislərinin rolunun  danılmaz 

olduğunu  vurğuladı: “Malatya İnö-

nü Universitetinin, Qaraciyər Trans-

plantasiyası  İnstitutu  bu  sahədə 

özünü tanıtmış, hər il  300- dən ar-

tıq  qaraciyər  əməliyyatlarını  uğurla 

həyata keçirildiyi bir institutdur. Av-

ropada bu sahədə irəliləmiş  ilk ins-

titutun  bizim  universitetlə  belə  sıx 

əlaqələrinin  olması  sevindirici  hal-

dır”.    Sözünə  davam  edən  S.Əliyev 

ATU-nun əməkdaşlıq etdiyi  bir çox 

universitetlər  sırasında  İnönü  və 

Başkent  universitetlərinin  də  oldu-

ğunu diqqətə çatdırdı və  konqresin 

işinə uğurlar arzuladı.

Tədbirdə  Malatyanın  İnönü  Uni-

versitetinin  Qaraciyər  Köçürülməsi 

İnstitutunun  direktoru,  professor 

Sezayi Yılmaz  ölkələrimiz arasında 

gündən-günə  möhkəmlənən  dost-

luq  əlaqələrindən  danışdı,  konqre-

sin gənc mütəxəssislər üçün faydalı 

olacağını,  belə  tədbirlərin  klinika-

larımız  arasında  işgüzar  əlaqələrini 

daha  da  möhkəmləndirəcəyini  bil-

dirdi.  “Dünyada və Türkiyədə can-

lıdan–canlıya  qaraciyər  transplan-

tasiyası”  mövzusunda  çıxış  edən 

S.Yılmaz  rəhbərlik  etdiyi  institutun 

dünyanın  sayılıb-seçilən  klinikaları 

ilə rəqabət apardığını və onun uni-

versitet əməkdaşları ilə birgə hər il 

neçə-neçə insan üzərində  qaraciyər 

əməliyyatlarını uğurla həyata keçir-

diyi  haqqında  tədbir  iştirakçılarına  

məlumat verdi. 

Sonra  Tədris  Cərrahiyyə  Klinika-

sının  direktoru,  AMEA-nın  müx-

bir üzvü, professor Nuru Bayramov  

rəhbərlik  etdiyi  klinikada  tibbin  bu 

sahəsi  üzrə  mütəxəssislərin  rahat 

işləməsi üçün hər cür şəraitin yara-

dıldığını, yeni avadanlıqların quraş-

dırıldığını  diqqətə  çatdırdı  və  sözü  

məruzəçilərə  verdi.   

Məruzəçilərin mövzularında  ölkə-

mizdə  və  Türkiyədə  tibbin  bu 

sahəsindəki  mövcud problemlərdən 

bəhs olundu. Onlar çıxışlarında  bu 

konfransın  təcrübə mübadiləsi ba-

xımından  əhəmiyyətini  xüsusi  vur-

ğuladı və konfransın təşkilinə yara-

dılan  şəraitə  görə  təşkilatçılara  öz 

minnətdarlıqlarını bildirdilər. 

Çıxışlardan  sonra  konfrans  panel 

iclasları  üzrə  öz  işini  davam  etdir-

di.  İclaslarda  səhiyyənin  ən  va-

cib  sahələrindən  biri  sayılan  orqan 

transplantasiyasına    dair  ən  son 

yeniliklər,  bu  sahədə  əldə  olunan 

nailiyyətlər  və  gələcəkdə  qarşıda 

duran problemlərlə bağlı məruzələr 

edildi.  İclaslarda  həmçinin  orqan 

transplantasiyasında 

infeksiya, 

anes teziya  və  belə  xəstələrdə  vi-

rus hepatitləri barədə də məruzələr 

dinlənildi,  dünyada  və  o  cümlədən  

Türkiyə  və  Azərbaycanda  orqan 

köçürülməsinin  müasir  problemləri  

barədə hərtərəfli  müzakirələr apa-

rılaraq geniş fikir mübadiləsi oldu. 

Konfransın  işində  orqan  trans-

plantasiyası ilə məşğul olan hər iki 

ölkənin  qabaqcıl  mütəxəssisləri  ilə 

yanaşı,  gənc  alimlər  və  rezidentlər 

də iştirak edirdilər.

MƏNSUR

“Orqan transplantasiyası ” mövzusunda  

II beynəlxalq elmi konfrans

Bu günlərdə Türkiyənin 

Yunus Emre İnstitutu-

nun nümayəndə heyəti 

Azərbaycan Tibb Universite-

tinin qonağı olub.

ATU  rəhbərliyi  ilə  görüş 

zamanı  universitetin  rektor 

əvəzi,  tədris  işləri  üzrə  pro-

rektor, professor Sabir Əliyev 

qonaqları  salamlayaraq  on-

lara  ali  məktəb  haqqında 

qısa  məlumat  verərərk  ATU-

nun ali tibbi təhsil sahəsində 

Azərbaycanın  ilk  və  yeganə 

məktəbi  olduğunu  bildirib. 

S.Əliyev bu müəssisədə tələbə 

və rezidentlər üçün yaradılan 

şərait,  uğurlu  tədris  prosesi, 

universitetin professor-müəl-

lim heyəti, peşəkar həkimləri 

haqqında  da  bilgi  verib.  O, 

qeyd edib ki, 6 fakültəsi olan 

bu  ali  təhsil  ocağında  160-

dan  çox  professor,  320  do-

sent,  800-ə  yaxın  elmlər 

namizədi və ümumilikdə 1300 

nəfər  akademik  personal  ça-

lışır.  Hazırda  universitetdə 

7000-dən  çox  tələbə  və  re-

zident,  həmçinin  1000-dən 

çox  xarici  ölkə  vətəndaşları 

olan tələbələr təhsil alır. On-

lar  arasında  Türkiyədən  olan 

tələblər üstünlük təşkil edir.

ATU-nun 


beynəlxalq 

əlaqələr  üzrə  prorektoru 

Rəhimə  Qabulova  universite-

tin  beynəlxalq  əlaqələrindən 

söz  açaraq  son  illər  ərzində 

dünyanın  bir  çox  aparı-

cı  ali  təhsil  müəssisələri  ilə 

münasibətlər 

yaradıldığı-

nı  bildirib.  Xanım  Qabulova 

ATU  ilə  Türkiyənin  Hacette-

pe,  İstanbul,  Ankara  və  bir 

çox  tanınmış  universitetləri 

ilə  əməkdaşlıq  sazişi  im-

zalandığını,  birgə  tədbirlər 

reallaşdırıldığını 

söyləyib. 

Həm çinin,  ATU-nun  iştirak 

etdiyi  beynəlxalq  təcrübə  və 

mübdilə proqramları haqqın-

da məlumat səsləndirilib.

Yunus  Emre  İnstitutu-

nun  direktoru  İbrahim  Yıldı-

rım  təkcə  Azərbaycanda  de-

yil,  hətta  regionda  da  özünü 

təsdiqləmiş  Tibb  Universiteti 

ilə  tanışlıqdan  çox  məmnun 

olduğunu  bildirib.  Qonaq, 

ATU-dan  Türkiyəyə  gələn 

tələ bələrin  olduqca  fəallıq 

nümayiş  etdirdiklərini,  lakin 

onların Türk dilini mükəmməl 

bil məməsi  üzündən  bəzi  çə-

tinliklər  yaşadıqlarını  da 

qeyd  edib.  Buna  görə  də 

cənab  Yıldırım  Azərbaycan 

Tibb Universitetinin tələbə və 

rezidentlərinə,  həkimlərinə 

Türk  dilinin  özəlliklərini 

öyrətmək niyyətində olduqla-

rını bəyan edib.

Müzakirələr  zamanı  Yu-

nus Emre İnstitutu ilə birlikdə 

tanıtım  xarakterli  seminar 

keçirilməsi  haqqında  razılıq 

əldə olunub.

Qeyd  edək  ki,  Yu-

nus 


Emre 

İnstitutunun 

əsas  missiyası  türk  dili-

ni,  mədəiyyətini  tanıtmaq, 

Türkiyənin  di gər  ölkələrlə 

dostluğunu  genişləndirmək, 

türk  dili  üzrə  təhsil  almaq 

istəyənlərə xaricdə də xidmət 

göstərməkdən ibarətdir.

ATU-nun mətbuat xidməti

Yunus Emre İnstitutunun direktoru ATU-da qonaq olub


http://www.amu.edu.az

29 fevral  2016-cı il

4

• 



Fevralın 15-də Azərbaycan Tibb Universiteti-

nin Stomatoloji Klinikasında terapevtik sto-

matologiya, ortopedik stomatologiya, uşaq sto-

matologiyası və stomatologiya kafedralarının 

müəllimləri ilə tələbələrin bilik və bacarıqları-

nın qiymətləndirmə meyarlarına həsr edilmiş 

seminar-müşavirə keçirilib.  

Müşavirədə tədris-metodik və innovasiya şöbəsinin 

müdiri  professor  Akif  Qurbanov  tələbə  məm-

nun luğunun  vacibliyindən  danışaraq  bu  sahədə 

qiymətləndirmənin mühüm əhəmiyyətini göstərərək 

qeyd etdi ki, istənilən halda tələbə onun bilik və ba-

carıqlarının  düzgün  qiymətləndirilməsinə  əmin  ol-

malıdır.  O,  semestrin  sonunda  tələbələrin  yekun 

qiymətinin  məhz  gündəlik  qiymətləndirmədən  asılı 

olmasını bir daha nəzərə çatdırmaqla, bu sahəyə xü-

susi diqqət yetirməyin vacib olduğunu bildirib. Belə 

ki, imtahana qədərki (gündəlik) qiymətləndirmə za-

manı yekun qiymətin nəzəri biliklərdən, bacarıqlar-

dan, sərbəst işlərdən və dərsə davamiyyətdən topla-

nılan balların cəmindən asılıdır.

    Stomatologiya  fakultəsinin  tələbələri  üçün  ba-

carıqların  öyrədilməsinin  mühüm  əhəmiyyəti  qeyd 

edilib,  bacarıqlarının  tədrisi  və  qiymətləndirilmə 

xüsusiyyətləri  bir  daha  müəllimlərin  nəzərinə 

çatdırılıb. 

Bununla 

yanaşı 


nəzəri 

biliklərin 

qiymətləndirilməsi,  eləcə  də,  sərbəst  işlərin  hazır-

lanması  və  qəbul  edilməsi  prinsipləri  şərh  edilib. 

Müşavirədə  iştirak  edən  Stomatologiya  fakültəsinin 

dekanı, professor Zöhrab Qarayev və Stomatoloji kli-

nikanın direktoru, professor Alqış Səfərov klinikada-

kı kafedralarda bacarıqların öyrədilməsi üçün bütün 

mümkün şəraitin olmasını, eləcə də Stomatoloji Kli-

nikada bu məqsədlə xüsusi Laboratoriyanın fəaliyyət 

göstərməsini qeyd etdilər. Tədris prosesində qarşıya 

çıxan problemlərin vaxtında həll edilməsində kafed-

raların qarşısında duran vəzifələrdən danışdılar.

  Sonda müəllimləri maraqlandıran suallar cavab-

landırıldı.

Oxucuların nəzərinə

Bu gün Azərbaycan Tibb Universitetinin növbəti Elmi 

Şurasının iclası keçiriləcək. İclasda “ATU-da 2015-2016-

cı tədris ilinin payız semestrinin imtahan sessiyasının 

yekunları və yaz semestrində tədris prosesinin daha 

da yaxşılaşdırılması işində universitet kollektivinin 

vəzifələri” və digər məsələlər müzakirə olunacaq. Bu 


Yüklə 9,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin