İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə50/86
tarix25.04.2023
ölçüsü324,66 Kb.
#102551
1   ...   46   47   48   49   50   51   52   53   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

Qərar qəbul edən şəxsin rolu – qərar qəbul etmək hakimiyyətinə malikdir.
Alıcının rolu alış aktından ibarətdir ki. onun gedişində məhsul və ya xidmət müqabilində pul ödənilir.
Istifadəçinin rolu alınmış malın istehlakı və ya istifadəsi üzrə hərəkətlərdən ibarətdir.
Keşikçinin rolu alış haqqında qərara nəzarət edilməsi, alış haqqında qərarın qəbuluna təsir göstərə biləcək məlumatın ailənin digər üzvlərinə çatdırlıb çatdırılmamasından ibarətdir. Misal üçün, satış haqqında məlumat.
Rol fərd üçün eyni deyil. Rol – bu bir göstərişlər dəstidir. Bu gün onları bir fərd yerinə yetirir, sabah isə - bir başqası. Bundan əlavə, rol həm bir fərd, həm də qrup, misal üçün, ailə, dostlar və s. tərəfindən yerinə yetirilə bilər. Beləliklə, rol və fərd bir birinə münasibətdə muxtardırlar. Lakin insanın fərdi keyfiyyətləri onların yerinə yetirdikləri rola təsir göstərə bilər. Misal üçün. Teatrda klassika pyeslərinin nümayişi zamanı eyni rolu müxtəlif aktyorların müxtəlif şəkildə ifa etmələrini müşahidə edə bilərik.
Rol üstünlü variantları.
1. Ər üstünlük edir – alətlər üçün detalların alışında.
2. Arvad üstünlük edir – qadın və uşaq paltarlarının, mətbəx ləvazimatlarının, baqqal məhsullarının alışında.
3. Muxtar üstünlük (təxminən eyni sayda qərarlar müstəqil olaraq qəbul edilir).
4. Birgə və ya sinkretik (ziddiyyətli baxışların birləşdirilməsi) üstünlük – məişət texnikisının alınması zamanı.
Alıcı davranışı zamanı ailə münaqişələrinin həlli
1. Məcbur etmə – Rəqəmsal texnologiyalar haqqında mən sizdən çox bilirəm. Bu şəkildə:
• Təcrübəyə istinad (Mən rəqəmsal texnologiyalar haqqında sizdən çox bilirəm);
• Nüfiza istinad (Mən ailə başçısıyam və özümə qarşı hörmət tələb edirəm);
• Hədə (Əgər sən bu əşyanı almağa razılaşmasan, mən səni restorana aparmayacam)
• Cəza (zərbə).
2. Alver – Əgər sən bunu etsən, mən sənə onu alaram; Əgər mən səninlə kinoya getməyə razılaşsam, səm mənə alarsan...?
3. Qaraqabaq hal-əhval və sair göstərilməsi yolu ilə manoipulyasiya
4. Əminlik: sakit və inandırıcı üslubda aparılan ağıllı mülahizələrlə müraciət.



Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin