İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə74/86
tarix25.04.2023
ölçüsü324,66 Kb.
#102551
1   ...   70   71   72   73   74   75   76   77   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

Dəyəri ifadə edən funksiya. Münasibətlər istehlakçının əsas dəyərlərini və ya onun özü barədə təsəvvürlərini müəyyən edir. İnsan məhsula olan münasibətini məqsədli faydalarına görə deyil, məhsulun onun barəsində bir şəxsiyyət kimi bəhs etməsinə görə formalaşdırır (məsələn, «Hansı tipə məxsus kişilər “Pleybol” jurnalını oxuyurlar?);

  • Özünümüdafiə funksiyası. Münasibətlər xarici təhlükələrin və ya daxili hisslərin təsiri altında olan şəxsin müdafiəsi üçün formalaşdırılır. Bazarın tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, 1950-ci illərdə evdar xanımlar həll olunan qəhvədən istifadə etmirdilər, belə ki, bu onların “bacarıqlı yuva keşikçiləri” imicinə xələl gətirirdi. Mərd insan obrazını yaratmaq imkanını verən məhsullar (məsələn Marlboro siqaretləri) həmin insanın mərdliyi tam olaraq nümayiş olunan təhlükəli hadisələrə apelyasiya edir. Başqa misal kimi dezodorant istehsalı ilə məşğul olan şirkətləri göstərmək olar, burada üzərindən pis qoxu gələn insanın düşə biləcəyi utandırıcı vəziyyətlərə diqqət verilir;

  • Dərketmə funksiyası. Bəzi münasibətlər elə situasiyalarda formalaşır ki, həmin vaxt insana intizam və ya nəyinsə mənalı olması lazım olur. Bu zərurət insan ikimənalı situasiyaya düşəndə və ya məhsul seçimi yaxud müqayisəsi ilə rastlaşanda yaranır (məsələn, «Alıcı istəyir ki, siz ağrı hissi barədə məlumatlı olasınız»). Münasibət bir funksiyadan daha çox funksiyanı icra edə bilər, lakin əksər hallarda yalnız bir funksiya dominantlıq edir. Marketoloqlar məhsulun dominantlıq edən funksiyasının müəyyən etməlidirlər və ona istiqamətlənməlidirlər. Dərketmə funksiyasına aid olan reklam məlumatları nəyin necə satıldığı ilə bağlı daha uyğun fikirləri yaradır, bunun nəticəsində həm reklamın, həmdə məhsulun təsir effekti artır.

    Üç əsas münasibətin nisbi təsirlərinin izah edilməsi üçün tədqiqatçılar effektlərin iyerarxiyası konsepsiyasını işləyib hazırlamışlar. Aşağıda təsirə malik effektlərin üç iyerarxik strukturu göstərilmişdir.


    1. Yüklə 324,66 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   70   71   72   73   74   75   76   77   ...   86




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin