İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


Yeni malın alınması haqda qərarın qəbulu



Yüklə 324,66 Kb.
səhifə103/133
tarix02.01.2022
ölçüsü324,66 Kb.
#1566
1   ...   99   100   101   102   103   104   105   106   ...   133

Yeni malın alınması haqda qərarın qəbulu


Yeni mal — potensial istehlakçı tərəfindən yenilik kimi qəbul edilən mal, xidmət və ya ideya.

Yeni məhsul bazar üçün yenilik deyil, bu məhsul alıcının əvvəl rastlaşmadığı məhsuldur. Bizi maraqlandıran alıcının həmin məhsul barədə ilk dəfə necə xəbər tutması və onun əldə edilməsi barədə necə qərara gəlməsidir. Qəbuletmə prosesi — yenilik barədə eşitdiyi andan onun tam olaraq qəbul edilməsi anınadək insanı keçdiyi təfəkkür prosesidir.

Yeni məhsula adaptasiya olmaq üçün alıcı beş mərhələdən keçməlidir.

Qəbuletmə prosesinin mərhələləri:


  • Tanıma. İstehlakçı yeni məhsul haqqında xəbər tutur, lakin həmin məhsul barədə informasiya çatışmazlığını hiss edir.

  • Maraq. İstehlakçı yeni məhsul barəsində informasiya axtarır.

  • Qiymətləndirmə. İstehlakçı yeni məhsulu əldə edib-etməməyini müəyyən edir.

  • Nümunə. İstehlakçı məhsul barəsində daha dolğun təsəvvür yaratmaq üçün məhsulla yaxından tanış olur.

  • Qəbuletmə. İstehlakçı yeni məhsulu almaq qərarın gəlir.

Alıcılıq davranmışının bu modeli yeni məhsulun satışı ilə məşğul olan marketoloqun adıçəkilən mərhələlərin hər birində istehlakçıya kömək etməsini nəzərdə tutur. İstehlakçını yeni məhsul barədə məlumatlandırmaq. Digər əmtəə nişanları ilə müqayisədə yeni məhsulun üstünlüklərini göstərmək.

Yeni məhsulun qəbul edilməsi sürətinə görə istehlakçıları aşağıdakı qruplara bölmək olar:



  • Novatorlar (2,5%) — avantürizmə meylli insanlar, yeni ideyaları rahatlıqla qəbul edirlər.

  • İlkin ardıcıllar (13,5%) — yenilikləri tez, amma ehtiyatla qəbul edirlər.

  • İlkin çoxluq (34%) — yenilikləri orta istehlakçıdan daha tez qəbul edirlər.

  • Gecikmiş çoxluq (34%) — şübhə ilə yanaşırlar və məhsulu yalnız çoxluq tərəfindən istifadə edildikdən sonra qəbul edirlər.

  • Geridə qalanlar (16%) — yaxud gecikmiş ardıcıllar istənilən dəyişikliklərə şübhə ilə yanaşırlar və yenilikləri yalnız öz yeniliyini itirdikdən və gündəlik xarakter aldıqdan sonra onu qəbul edirlər.

Bu beş kateqoriyaya aid olan istehlakçılar bir-birlərindən kəskin fərqlənirlər.

Yeni məhsulun qəbuletmə sürətinə görə istehlakçıların tipləri


Bu təsnifat ona görə tərtib edilib ki, yeni məhsulu bazara buraxan şirkət novatorları və ilkin ardıcılları müəyyən etməklə marketinq şəraitlərini məhz onlara istiqamətləndirsin. Şirkətlər öz səylərini novatorlara və ilkin ardıcıllara yönəltməlidirlər, çünki məhz onlar fikir sahəsində liderdilər.

Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin