Dəbin quruluşu
-
Dəb obyektləri – dəbdə olan istənilən obyektlərdir. Onlara geyim, qida, spirtli içkilər, tütün məmulatları, musiqi, rəsm, ədəbiyyat əsərləri, memarlıq nümunələri, həyat tərzi, idman növü və s. daxildir. Lakin bəzi əşyalar, davranış növü digərlərinə nisbətən dəb obyektinə daha tez-tez çevrilir. Belə ki, dəbə görə daha çox dəyişikliyə geyim, dəbli musiqi, nisbətən az isə ev və qida məruz qalır. Başqa sözlə desək, insanın həyatı üçün vacib ehtiyaclarını qarşılayan şeylər daha az dəyişikliyə məruz qalır. V.Zombratın deyir: “Əşya nə qədər gərəksiz olarsa o qədər də dəbə tabe olar”. Bu daha açıq şəkildə zərgərlik əşyaları, bəzək əşyaları, geyim, pop-musiqi və s. ilə nümayiş etdirilir.
-
Dostları ilə paylaş: |