Dəb sənayesi. İdeal (mənəvi) istehsalat – ilkin mərhələdə ideal rəsm, cizgi, təsvir şəklində mövcud olan yeni modellərin hazırlanmasıdır. Bu funksiyaları dəb yaradıcıları: modelyerlər, konstruktor, memarlar, bəstəkarlar, şairlər və s. yerinə yetirir.
Dəbdə olan əşyaların və davranış standartlarının yayılması.Bu prosess dəbdə olan modellərin maksimal dərəcədə geniş kütlə arasında yayılmasını nəzərdə tutur. Dəb obyektinin tərzinin və istehlakçı standartının yayılması. Bu birbaşa və ya gizli reklam vasitəsilə həyata keçirilir. Birinci halda biz bu və ya digər səbəbdən dəb obyekti statusunu almış yeni məhsul haqqında birbaşa məlumatlandırılırıq. İkinci halda isə bizə bu dəb obyektindən artıq istifadə edən referent qrupların nümayəndələrini nümayiş etdirirlər. Nəticədə dəb obyektini əldə etmək və “onlar kimi” olmaq istəyinin yayılması baş verir.