Ailə. Bağlar və davranış reaksiyaları ömürlük qalır. Lakin çox vaxt dərk edilmir, məsələn qida üstünlükləri.
Təhsil sistemi. Ətraf dünyanın dəyərlərini əks etdirir.
Dövlət. Hər birimiz milli dövlət vətəndaşlarıyıq, vergi ödəyirik, səs veririk, avtomobil idarə edirik. Hər bir ölkənin bu cür dəyərlərə qarşı öz prioritetləri var.
Kütləvi İnformasiya Vasitələri.Televiziya yaranandan bəri KİV-in rolu daha da güclənib. Bir çox ailələrdə televizor sayəsində uşaq lap erkən yaşlarından istehlakın əsas normalarından xəbərdar olur. Televiziya onları qəhrəmanların, ulduzların davranışlarını nümayiş etdirən filmlər, insanların geyim tərzi, içkilərin, qidanın istifadəsinini görə biləcəyi idman yarışları, şou və s. vasitələrilə qəbul etdirir.
Reklam istehlak mədəniyyətini birbaşa, aqressiv şəkildə qəbul etdirir, məhz bu amil ona sosiallaşmada əsas rolu oynamağa imkan vermir. Reklam daha çox mədəniyyəti dəyişməkdə, yeni məhsulları qəbul etdirməkdə təsirlidir. Bunda məktəbəqədər müəssisələrin, məktəblərin, ali məktəblərin də rolu az deyil.