İstifadə olunan ixtisarların siyahısı


ETL prosesinin planlaşdırılması



Yüklə 388,52 Kb.
səhifə58/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   54   55   56   57   58   59   60   61   ...   91
C fakepathMuhazireler

ETL prosesinin planlaşdırılması iki mərhələ üzrə aparılır: əvvəlcə ümumiləşdirilmiş plan qurulur, sonra isə həmin plan detallaşdırılır.

Ümumiləşdirilmiş planda verilənlər mənbələrinin siyahısı əks olunur və VA-da yerləşdirilməsi planlaşdırılan verilənlər göstərilir. Verilənlərin mənbələri VA-ya qoyulan biznes-tələblərin əsasında təyin edilir.Verilənlərin mənbələri xeyli fərqlənə bilər: verilənlər bazaları və mətn fayllarından tutmuş, SMS-məlumatlara qədər. Bu xüsusiyyət verilənlərin çevrilməsi məsələsini xeyli mürəkkəbləşdirir.

Ümumiləşdirilmiş planın tərtibinə verilənlər anabrının ROLAP modeli qurulduqdan sonra başlanır. ROLAP sxeminin hər bir cədvəli üçün verilənlər mənbələri – cədvəllər təyin edilir. Bu mərhələdə verilənlərin təyinatında və kodlaşdırma sxemində rast gəlinən bütün uyğunsuzluqlar qeyd olunmalıdır.

ETL prosesinin müfəssəl planlaşdırılması seçilən ETL instrumentlərinin tətbiqindən asılıdır. Hazırda VA sahəsində ixtisaslaşan şirkətlər, kompaniyalar (İBM, Oracle, Microsoft və s.) və həmçinin digər proqram təminatı istehsalçıları (məsələn, Sunopsis) tərəfindən çoxlu sayda ETL instrumentləri hazırlanmışdır. Odur ki, əlverişli ETL instrumentlərinin seçilməsi məsələsi müfəssəl planlaşdırmadan əvvəl həll olunmalıdır.

ETL prosesinin proqram təminatını əl üsulu ilə va ya xüsusi ETL vasitələrindən istifadə etməklə hazırlamaq olar. Bunlardan hər birinin müsbət və mənfi cəhətləri var. Son illər 2-ci üsula daha çox üstünlük verilir.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin