İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə1/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
  1   2   3   4   5   6   7   8   9   ...   91
C fakepathMuhazireler



İstifadə olunan ixtisarların

siyahısı

BB - biliklər bazası

Bİ- Business İntelligence

DM - Data Mining

DSS - Decision Support System

ES - ekspert sistemi

QQDS - qərar qəbulunu dəstəkləyən sistem

QQŞ - qərar qəbul edən şəxs

OLAP – On-Line Analysis Processing

TP - tətbiqi proqram

TPP - tətbiqi proqram paketi

VA - verilənlər anbarı

VB - verilənlər bazası

VBİS - verilənlər bazasının idarəetmə sistemi

VİA - verilənlərin intellektual analizi

GİRIŞ

Əksər halda qərar qəbulu mümkün alternativ qərarların təyini, onların qiymətləndiilməsi və ən yaxşı variantın seçilməsi ilə yerinə yetirilir. Mürəkkəb və yüksək məsuliyyət tələb olunan hallarda qərar qəbul edən şəxs (QQŞ) öz qərarını təsdiq etmək üçün daha təcrübəli və bilikli insanlara (ekspertlərə) müraciət edir.

Qərarın seçimi zamanı çoxlu sayda qeyri-müəyyən və ziddiyyətli faktorları nəzərə almaq lazım gəlir. Qeyri-müəyyənlik əsasən baxılan problem haqqında informasiyanın natamamlığı səbəbindən yaranır. Ziddiyyətlilik isə situasiyaların müxtəlif mənalarda qiymətləndirilməsi və üstünlüklərin düzgün seçilməməsi ilə əlaqədar olaraq yaranır.

Qərarların qəbulunda qərar qəbul edən şəxsə kömək etmək üçün qərar qəbulunu dəstəkləyən sistemdən (ingiliscə Decision Support System – DSS) istifadə edilir. Qərar qəbulunu dəstəkləyən sistem (QQDS) – mürəkkəb situasiyalarda əhatə olunan problemi tam və obyektiv analiz etmək üçün qərar qəbul edən şəxslərə kömək məqsədilə yaradılan kompyuter əsaslı avtomatlaşdırılmış sistemdir. QQDS-in əsas funksiyalarına daxildir:

-ilkin informasiyanın analizi zamanı QQŞ-ə kömək etmək;

-situasiyaların qiymətləndirilməsi zamanı üstünlüklərin təyini və sıralanması;

-mümkün qərarların generasiyası;

-mümkün alternativlərin qiymətləndirilməsi;

-qəbul ediləcək qərarların mümkün nəticələrinin təhlili;

-QQŞ baxımından mümkün olan ən yaxşı variantın seçilməsi.

QQDS informasiya sistemlərinin, verilənlər bazalarının və anbarlarının və onların idarəetmə sistemlərinin əsasında yaranmışdır. Qərarların generasiyası və analizi metodlarının formallaşdırılması, onların qiymətləndirilməsi və uzlaşdırılması kifayət qədər mürəkkəb məsələdir. Onun həlli kompyuter texnologiyasının geniş tətbiqi və xüsusi proqram təminatının yaradılması ilə mümkün olmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, əvvəllər Sovet İttifaqında QQDS-ə avtomatlaşdırılmış idarərtmə sistemi ( AİS) deyilirdi. Bu sistemə müasir QQDS-in sadələşdirilmiş variantı kimi baxmaq olar.

Təqdim olunan kitabda qərar qəbulunu dəstəkləyən sistemlərin yaradılması və tətbiqi ilə bağlı olan bütün məsələlər əhatə olunur. Kitab 5 fəsildən ibarətdir.

1-ci fəsil qərar qəbulunun əsaslarına həsr olunub. Qərar qəbulu ilə bağlı əsas anlayışlara baxılır, idarəetmə qərarlarının təsnifat sxemi verilir, qərar qəbulu prosesinin komponentləri, əsas prinsipləri və mərhələləri şərh edilir, qərar qəbulunun metodları, əsas modelləri və reallaşdırma formaları araşdırılır, qərar qəbulu məsələsinin formal modeli verilir.

2-ci fəsildə QQDS-in qurulma əsasları şərh edilir.Burada QQDS-lə bağlı olan əsas anlayışlara baxılır, QQDS-in yaranma və inkişaf tarixi, təsnifatı və arxitektur növləri verilir, QQDS-in qurulma mərhələləri araşdırılır.

3-cü fəsildə verilənlər bazası əsasında qurulan QQDS-ə baxılır.Burada verilənlər bazasının əsas xüsusiyyətlərinə, verilənlər bazasının verilənlər anbarından fərqli cəhətlərinə baxılır. VB əsasında qurulan QQDS-də iş prosesinin təşkili və VB əsasında qurulan QQDS-də verilənlərin analitik emalında yaranan problemlər şərh olunur.

4-cü fəsildə verilənlər anbarı əsasında qurulan QQDS-ə baxılır. Burada verilənlər anbarı konsepsiyası şərh edilir, VA-nın qurulması üçün tətbiq edilən modellər verilir, VA əsasında qurulan QQDS-də iş prosesinin təşkilinə baxılır.Verilənlərin çıxarılması, çevrilməsi və VA-ya yüklənməsi prosesi araşdırılır, VA-da istifadə edilən metaverilənlər, VA-da verilənlərin analitik emalı və QQDS-in tətbiq sahələri şərh edilir.

5-ci fəsil verilənlərin analizi üçün metodlara və vasitələrə həsr olunub. Burada verilənlərin intellektual analizinin mərhələləri verilir, intellektual analizin baza metodlarına, qeyri-səlis məntiqə, neyron şəbəkələrə, genetik alqoritmlərə, qeyri-səlis və neyron sistemlərinin inteqrasiyasına baxılır. İntellektual analizin proqram instrumentləri şərh olunur, onların xarakteristikaları və təsnifatı verilir. COM, OLE və ActiveX texnologiyaları əsasında verilənlərin intellektual analizinin reallaşdırılmasına baxılır.

Kitab informasiya texnologiyaları və sistemləri sahəsində tələbələr, magistrantlar, doktorantlar, müəllimlər, istehsalat və iqtisadiyyat sahəsində çalışan menecerlər və bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulub.

Müəllif kitaba rəy vermiş BDU-nun “ İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri, professor Ə.Əliyevə, ADNA “Kompyuter texnologiyaları və proqramlaşdırma” kafedrasının dosenti G.Gülablıya, kitaba redaktorluq etmiş dosent T.İbrahimzadəyə dərin minnətdarlığını bildirir.




Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin