Qeyri-müəyyənlik şəraitində qəbul edilən qərarlarda ilkin informasiya natamam və qeyri-səlis olur. Bu halda QQŞ potensial nəticələrin ehtimalını kifayət dərəcədə düzgün qiymətləndirə bilmir. Qeyri müəyyənlik şəraitində QQŞ iki imkandan istifadə edə bilər.
Birinci- əlavə informasiya almağa və problemi daha bir dəfə analiz etməyə cəhd göstərmək. Bununla çox vaxt situasiyanın qeyri-müəyyənliyini və problemin mürəkkəbliyini azaltmaq mümkün olur.
İkinci – keçmiş təcrübə, mühakimə və ya intuisiya əsasında hərəkət etmək və hadisələrin ehtimalı haqqında fikir söyləmək. Bu imkandan əlavə informasiya toplamağa vaxt çatmadıqda və ya bunun üçün çoxlu xərc tələb olunduqda istifadə edilir. İdarəetmə qərarlarının qəbulunda vaxt və informasiya məhdudluğu vacib rol oynayır.
Konkret qərar növü baxılan əlamətlərin toplusu ilə xarakterizə olunur.
İdarəetmə qərarlarının keyfiyyətini təyin edən faktorları iki qrupa ayırırlar: