İstilik dəyişdirici
İstilik dəyişdirici — istiliyin iki və daha
artıq maye və ya qaz arasında
ötürülməsini təmin edən sistemdir. İstilik
dəyişdiricilər həm isitmə, həm də
soyutma sistemlərində istifadə olunur.
[1]
İstilik dəyişdiricidəki maye və ya qaz,
qarışmasının qarşını almaq üçün bərk
divarla ayrıla bilər və ya birbaşa təmasda
ola bilər.
[2]
Onlar, məkanların
qızdırılmasında, soyuducularda, hava
sistemlərində, elektrik stansiyalarında,
kimyəvi zavodlarda, neft emalı zavodları,
təbii qaz emalı və kanalizasiya
təmizlənməsi sistemlərində istifadə
olunur.
Axının tənzimlənməsinə görə
Boruvari istilik dəyişdiricisi
Təsnifatı
…
İstilik dəyişdiricilərinin axın
tənzimləmələrinə görə üç əsas təsnifatı
var. Paralel axan istilik dəyişdiricilərində
iki maye eyni anda dəyişdiriciyə daxil olur
və bir-birinə paralel olaraq digər tərəfə
keçir.
Əks
axın istilik dəyişdiricilərində
mayelər əks istiqamətdən dəyişdiriciyə
daxil olur. Maye və ya qazın vahid
kütləsinə düşən ötürülən istilik miqdarı
cəhətdən əks cərəyan dizaynı ən səmərəli
dizayndır. Bu, əks axındakı istənilən iki
Əks (A) və paralel (B) axın tənzimlənməsi
nöqtə arasındakı orta temperatur cəminin
paralel axına nisbətən daha çox olması
ilə əlaqədardır.
Çarpaz
axını olan bir istilik
dəyişdiricisində isə maye və ya qazlar bir-
birinə təxminən perpendikulyar
istiqamətdə hərəkət edir. İstilik
dəyişdiricilərinin dizaynı səmərəliyin
artırılması məqsədilə istilikdaşıyıcıların
arasındakı divarın səthinin sahəsini
artırılıb eyni zamanda dəyişdiricidən
keçən axını qarşı müqavimət minimuma
endirilir. Hər iki istiqamətdə əlavə olunan
büzmələr və qıvrımlar səthin sahəsini
artıraraq və turbulentlik yaradaraq istilik
dəyişdiricinin performansına təsir edə
bilər. Hərəkətverici qüvvə olan
temperatur səthin sahəsi boyunca dəyişir
və orta loqorifmik temperatur fərqi ilə
xarakterizə olunur (OLTF). Bəzəm OLTF
məlum olmur və bu zaman transfer
vahidlərinin sayı üsulundan istifadə
olunur
İstilik dəyişdiricilərin növünə görə
İstiliyin ötürülmə üsuluna görə istilik
mübadiləsi aparatları səthli və qarışdırıcı
tipli olurlar.
Səthli istilikdəyişdirici
Bu halda istiliyin ötürülməsi
istilikdaşıyıcılar arasındakı ayırıcı bərk
səth vasitəsilə ilə həyata keçirilir. Səthli
aparatlar rekuperativ regenerativ tiplilərə
…
…
bölünürlər. Rekuperativ aparatlarda
qaynar axından soyuq axına istilik onları
ayıran divar, yəni istilik mübadiləsi səthi
vasitəsilə verilir. Regenerativ aparatlarda
isə hər iki axın növbə ilə eyni səthlə
görüşür. Bu halda, qaynar axınla
qızdırılan bərk cismin (istiliyin udulması),
sonradan soyuq axınla soyudulması
(udulmuş istiliyin verilməsi) nəticəsində
istiliyin ötürülməsi baş verir.
Qarışdırıcı istilikdəyişdirici
Qarışdırıcı tipli istilik dəyişdiricilərdə isə
qaynar və soyuq axınların bilavasitə
görüşmələri (qarışmaları) baş verir və
istilik bu üsulla istilikdaşıyıcılar arasında
ötürülür.
…
İstilik mübadiləsi həyata keçirilən
axınların qarışması, bir qayda olaraq
mümkün olmadığından, neft - qaz emalı
və kimya müəssisələrində əsasən səthli
istilikdəyişdiricilərdən istifadə edilir.
Qaynar və soyuq axınlar eyni və ya
qarşılıqlı həll olmayan maddələr olduqda,
qarışdırıcı tipli aparatlardan istifadə
oluna bilər. Bununla əlaqədar, barometrik
kondensator, su püskürdülməsi ilə havanı
soyudan kondensator, rektifikasiya
kolonlarında dövr etdirilən suvarma
boşqabı kimi quruluşları qeyd etmək
olar.
[3]
Həmçinin bax
Nasos
Kimya mühəndisliyi
Mexanika
1. Ahmed T. Al-Sammarraie & Kambiz
Vafai (2017). "Heat transfer
augmentation through convergence
angles in a pipe, Numerical Heat
Transfer,Part A: Applications, 72:3,
197-214," . www.tandfonline.com.
tarixində arxivləşdirilib . İstifadə
tarixi: 21.07.2020.
2. Kaçak, Sadik; Liu, Hongtan (2002).
Heat Exchangers: Selection, Rating
İstinadlar
Dostları ilə paylaş: |