İSTİLİk energetikasi


Buxar güc qurğusunun tsikli



Yüklə 492,66 Kb.
səhifə32/53
tarix02.01.2022
ölçüsü492,66 Kb.
#34857
1   ...   28   29   30   31   32   33   34   35   ...   53
TOPLU İSTİLİK TEXN MUH

Buxar güc qurğusunun tsikli.



Buxar güc qurğusunun sadələşdirilmiş texnoloji sxemi şəkil 1.47 –də verilmişdir. Burada 1 – buxar qazanı;

2 – buxar qızdırıcısı;

3 – buxar turbini;

4 – kondensator;

5 – bəsləyici (qidalandırıcı) nasos;

6 – reduktor.

Qazanda hasil olunmuş doymuş buxar buxar qızdırıcsına ötürülür. Burada həmin buxar qızışmış buxara çevrilir. Yüksək təzyiq və temperaturlu buxar turbinə ötürülür. Turbinin soplolarından keçdikdə buxarın potensial enerjisi kinetik enerjiyə çevrilir. Buxar axını turbinin pərlərinə yüksək sürətlə dəyərək, onu hərəkət etməyə məcbur edir. Həmin hərəkət turbinlə eyni oxda yerləşən reduktor vasitəsilə avar vintinə ötürülür. Turbindən çıxan buxar kondensatora daxil olur və burada istiliyini soyudan suya (gəmi şəraitində dəniz suyuna) verərək kondensatlaşır. Alınmış kondensat bəsləyici nasos vasitəsilə qazana qaytarılır. Qurğunun termodinamiki tsikli şəkil 1.48-də verilmişdir.




Burada 1-2 – buxarın turbində adiabatik genişlənməsi;

2-3 – turbindən çıxan buxarın kondensatlaşması;

3-4 – bəsləyici nasosda təzyiqin artırılması;

4-5-6 – suyun qazanda qızdrılması və buxarlanması;

6-1 – doymuş buxarın buxar qızdırıcısında qızışması;

Şəkil 1.62-də göstərilən tsikl Renkin tsikli adlanır.

Tsiklin termki f.i.ə.




Burada - doymuş mayenin (kondensatın) p2 təzyiqindəki entalpiyasıdır.

Buxar-güc qurğusunun termiki f.i.ə.-nın artırılmasının bir neçə yolu var:



  • qızışmış buxarn (nöqtə 1) təzyiq və temperaturunun artırılması ilə,

  • son p2 təzyiqnin azaldılması ilə,

  • işlənmiş buxarın təkrar qızışması ilə,

  • regenerativ tsiklin yaradılması ilə.

Buxar kompressorlu soyuducu qurğu.

KD – kondensator, DV – drossel-ventil, B – buxarlandırıcı, KM-kompressor.

Maye şəklində olan soyuducu agent (freon, ammonyak və s.) soyudulan kamerada yerləşən buxarlandırıcıya daxil olur və soyudulan mühitin istiliyi hesabına buxarlanır. Həmin buxarı kompressor sovurub-sıxır və kondensatora ötürür. Kondensatorda buxar öz istiliyini soyudan suya ( gəmi şəraitində dəniz suyuna) verərək, kondensatlaşır. Alınmış kondensat drossel ventilindən keçərək drossellənir. Bu prosesdə təzyiq ilə temperatur kəskin düşür. Drossel-ventildən sonra soyuducu agent buxarlandırıcıya daxil olur və tsikl təkrar olunur.

Qurğunun termodinamiki tsikli şəkil 1.50 və 1.51-də verilmişdir.



1-2 – soyuducu agent buxarının kompressorda adiabatik sıxılması;

2-3 – buxarın kodensatorda soyuması və kondensatlaşması;

3-4 – soyuducu agentin ventildə drossellənməsi;

4-1 – soyuducu agentin buxarlandırıcıda buxarlanması prosesidir.

Bir kq soyuducu agentin soyuqluq məhsuldarlığı



Kondensatorun istilik yükü


Kompressorda sərf olunan iş

Soyutma əmsalı



II HİSSƏ


Yüklə 492,66 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin