İSTİLİk energetikasi


MÜHAZİRƏ 17 İstilikmübadilə aparatları



Yüklə 492,66 Kb.
səhifə50/53
tarix02.01.2022
ölçüsü492,66 Kb.
#34857
1   ...   45   46   47   48   49   50   51   52   53
TOPLU İSTİLİK TEXN MUH

MÜHAZİRƏ 17
İstilikmübadilə aparatları
Istilikmübadilə aparatlarından texnikada və məişətdə geniş istifadə olunur. Gəmilərdə də bir çox istilikmübadilə aparatlarından istifadə olunur. Bunlardan yağ qızdırıcıları , buxarlandırıcıları, kondensatorları və s. göstərmək olar. Həmin aparatlarda bir mayenin istiliyi hesabına digər maye qızır (soyuyur).

Istilikmübadilə aparatları müxtəlif konstruksiyada olur. Iş prinsipinə görə bu aparatlar rekuperativ regenerativ qarışdırıcı tipli olur.

Rekuperativ aparatda hər iki istilik daşıyıcısı aparatda eyni vaxtda axır. Bunların arasında istilik mübadiləsi arakəsmə vasitəsilə baş verir. Həmin aparatın ən sadə növü “boru daxilində boru” tpli aparatdır.

Bu aparat kondensator olduğu halda daxili borudan dəniz suyu borular arası həlqəvi en kəsikdən isə soyudulan maye axıdılır.

Məsələn, gəmi soyuducu qurğularında soyuducu agent buxarının dəniz suyu ilə soyudulub kondensatlaşması üçün istifadə olunan kondensatoru ; soyudulan kameradakı ərsağın və mühitin istiliyi hesabına soyuducu agentin buxarlanması üçün istifadə olunan buxarlandırıcı; mühərrikin yağlama sistemindəki yağın qızdırılması üçün istifadə olunan aparat; mühərriki soyudan şirin suyu mühərriki tərk etdikdən sonra soyudulması üçün və s. istifadə olunan aparatları qeyd etmək olar. Regenerativ istilikmübadilə aparatında eyni qızma səthindən istifadə olunur.

Həmin səth istidən (buxar, qaz) maye ilə yuyulduqda istiliyi akkumulə edir, sonra isə soyuq mühitlə yuyulduqda, istiliyi ona verir.

Qarışdırıcı tipli aparatda istilik mübadiləsi birbaşa mayelərin qarışması nəticəsində baş verir.

Istilik mübadilə aparatlarının istilik hesabı iki növ olur: konstruktiv (layihələndirmə) və yoxlama. Konstruktiv istilik hesabı yeni yaradılan aparat üçün aparılır. Burada məqsəd aparatın qızma səthinin sahəsinin təyin edilməsidir. Yoxlama istilik hesabı isə istismarda olan aparat üçün aparılır. Burada məqsəd aparatın qızma səthinin buraxıla bilən istilik yükünün təyin edilməsindən ibarətdir.

Hər iki növ istilik hesabında istilik balansı tənliyindən və istilikötürmə tənliyindən istifadə olunur.


Yüklə 492,66 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin