İSTİLİk energetikasi


MÜHAZİRƏ 16 Şüalanma ilə istilik mübadiləsi



Yüklə 492,66 Kb.
səhifə48/53
tarix02.01.2022
ölçüsü492,66 Kb.
#34857
1   ...   45   46   47   48   49   50   51   52   53
TOPLU İSTİLİK TEXN MUH

MÜHAZİRƏ 16
Şüalanma ilə istilik mübadiləsi
Əsas anlayışlar və tərtiblər.Şüalanma enerjinin elektromaqnit şəkildə yayılma prosesidir. Bu proses dalğa uzunluğu λ və tezlik ν ilə xarakterizə olunur. Bərk cismlər və mayelər enerjini əsas etibarilə dalğa uzunluğunun bütün diapazonunda (0 ) şüalandırır.

Istiliyin şüalanmasında mühüm rolu infraqırmızı şüalanma daşıyır. Bu şüalanma m dalğa uzunluğuna uyğundur.

Cisim üzərinə düşən Qτ enerjinin QA hissəsi udulur, QD cisimdən keçir, QR hissəsi isə əks olunur.

QA/Qτ=A – şüa udma qabiliyyəti;

QR/Qτ=R – şüa əks etdirmə qabiliyyəti;

QD/Qτ=D – şüa keçirmə qabiliyyəti adlanır.

Odur ki,

A + R + D = 1 alarıq.


A=1 (R=D=0) olduqda cisim mütləq qara,

R=1 (A=D=0) olduqda cisim mütləq parlaq (güzgüvari) cisim adlanır (əks etdirmə düz-güzgülü olsa) və yaxud mütləq ağ cisim adlanır ( əks etdirmə diffuzion olsa yəni səpələnmiş halda olsa).

D=1 (A=R=0) olduqda cisim mütləq şəffaf və ya diatermik adlanır.

Təbiətdə mütləq qara , ağ, və şəffaf cisim yoxdur. Mütləq qara cismin şüalandırma qanunlarını real cisimlərə tətbiq etmək üçün boz cisim və boz şüalanma anlayışından istifadə olunur.

Şüalanma dalğa uzunluğunun bütün diapazonunda baş verdiyi halda inteqral şüalanma deyilir.

Səthləri pardaqlanmış təmiz metallar və qazlar şüa enerjisini müəyyən dalğa uzunluğunda udur və əks etdirir. Belə şüalanma selektiv şüalanma adlanır.

Cismin vahid səthindən vahid zamanda fəzaya şüalandırdığı enerji miqdarına şüalandırma qabiliyyəti deyilir.

Vahid dalğa uzunluğuna düşən şüalandırma qabiliyyətinə şüalandırma şiddəti deyilir


Qeyd etmək lazımdır ki, mütləq qara cismə aid kəmiyyətlər “o” indeksi ilə işarə olunur.

Plank qanunu
Mütləq qara cismin spektral şüalanma sıxlığı dalğa uzunluğu və mütləq temperatur arasında əlaqəni verir.

Burada c1 və c2 – plank sabitləridir.
c1 = 3.74∙10-16 Vt∙m2; c2 = 1.44∙10+2 m∙K
λ – dalğa uzunluğudur, m.


Yüklə 492,66 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin