İstilik balans tənliyi
Istilik mübadilə aparatındakı istilik itkilərini nəzərə almasaq , istilik balans tənliyi aşağıdakı kimi yazılar.
Burada: m1 , m2 – isidən və isidilən mayelərin kütlə sərfləri, kq/s;
cp1, cp2 – həmin mayelərin sabit təzyiqli kütlə istilik tutumları, kC/(kq∙K);
t1`, t1`` - isidən mayenin uyğun olaraq, aparatın girişindəki və çıxışındakı temperaturları, 0C;
t2`, t2`` - isidilən mayenin uyğun olaraq, aparatın çıxışındakı və girişindəki temperaturları, 0C;
(2.40) tənliyini digər şəkildə də yaza bilərik:
Burada C1 və C2 – tam istilik tutumları;
(2.41) tənliyindən göründüyü kimi
yəni mayelərin tam istilik tutumları temperatur dəyişmələri ilə tərs mütənasibdir.
Mayelərin axma istiqamətindən asılı olaraq rekuperativ aparatlar üç növ olur: düz axınlı, əks axınlı və çarpaz axınlı.
Mayelərin bir birinə paralel və eyni istiqamətdə axmasına düz axın, bir birinə paralel və əks istiqamətdə axmasına əks axın, bir birinə perpendkulyar istiqamətdə axmasına çarpaz axın deyilir.
Mayelərdən biri ilanvari boruda hərəkət edərsə, bu zaman onun hərəkət istiqamətinin dəyişməsi sayından (n) asılı olaraq aşağıdakı hallara rast gəlmək olar:
Qızma səthi boyu mayelərin temperaturu dəyişir. Həmin qrafiklərin xarakteri mayelərin tam istilik tutumu ilə yanaşı mayelərin hərəkət sxemindən asılıdır.
Dostları ilə paylaş: |